"Bacaran burada da qazanar" | Gənclər niyə xaricə axın edir? | "Tərbiyə vermirlər deyə..." - Baku TV
Son illər gənclərin xarici ölkələrə üz tutması narahat edəcək dərəcədə diqqət çəkir.
Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
“Gənclərə böyüklər yaxşı tərbiyə vermirlər, vətənpərvərlik hissləri yoxdur. Elə bil xaricdə bal tökülür, amma orada vəziyyət daha da pisdir. Bacaran burada da qazanar”, – sakinlərdən biri deyib.
Başqa bir sakin isə belə bildirib: “Azərbaycanda təhsil o qədər yaxşı deyil, ona görə də xaricə axın edirlər”.
Ekspertlər hesab edirlər ki, gənclərin daha yaxşı həyat axtarışı, təhsil, iş və yüksək maaş kimi faktorlar onları ölkə xaricinə yönəldir.
İqtisadçı Xalid Kərimli isə qeyd edir ki, miqrasiya yalnız mənfi təsirlərə malik olmur, gənclər ölkəyə qayıdarlarsa, beynəlxalq təcrübə və müasir texnologiyaları gətirmiş olurlar:
“Gəlməzlərsə, həmin ölkələrdə diasporun yaranmasında rol oynayırlar. Mənfi tərəfi isə insan kapitalının itirilməsidir. Çünki gənclərin təhsilinə və yetişdirilməsinə ailələr böyük vəsait xərcləyirlər. Ölkə üçün beyin köçü ən böyük itkilərdən biridir”.
Тег #Xaricdə təhsil используется
- "Pul tökürlər, amma..." | Xaricdəki universitetlərin diplomları hansı hallarda tanınmır? - Baku TV
- Azərbaycan məktəblisi 72 min dollarlıq təqaüd qazandı - Baku TV
- "Əyani oxuyanı apara bilməzlər, amma..." | Xaricdə təhsil alanlar hərbi xidmətə aparılır? - Baku TV
- "Çəkmə, yığışdır kameranı!" - Xaricdə təhsil mərkəzi tələbənin başına oyun açıb? - Baku TV
- Dövlət Proqramı üzrə universitet və ixtisasların siyahısı açıqlandı - Baku TV
