Выбрать плеер:

"Eldənizi orada görüb qorxdum" | Əməliyyat səhv edildi, hissiyyatı itdi | Aktyor Eldəniz Zeynalov

22 марта 2026 26 просмотров

“Retro Baku” verilişinin yeni buraxılışı Xalq artisti, aktyor Eldəniz Zeynalova həsr olunub.

Xalq artisti Həmidə Ömərova sənətkarın həyatında yaşadığı çətinliklərdən bəhs edərək bildirib: “Eldəniz həyatda da faciə yaşamışdı. Mənim bildiyimə görə, o vaxt hansısa bank iflasa uğramışdı və Eldəniz də öz maşınını satıb həmin banka qoymuşdu”.

Aktyorun qızı Gülbəniz Zeynalova isə atasının səhhəti ilə bağlı yaşanan ağır hadisələri xatırlayıb:

“Atamın ciddi bir xəstəliyi yox idi. Gecə vaxtı su içməyə gedəndə yıxılmış, ayağı bud hissəsindən sınmışdı. Təəssüf ki, ilk əməliyyat düzgün aparılmadı. Hətta böyük qardaşım Elbrus da orada olub, narkozsuz müdaxilə zamanı atamın qışqırıqlarına dözə bilməyib ürəyi getmişdi. Ayağı düzgün bitişmədi, dedilər ki, ikinci əməliyyat lazımdır. Amma atam razı olmaq istəmirdi. Ona deyirdilər ki, səhnəyə çıxa bilməyəcəksən. Nəhayət, məcbur ikinci əməliyyata razı saldılar. Əməliyyatdan sonra isə hissiyyatsız idi – nə danışırdı, nə də reaksiya verirdi. Dostları, sənət yoldaşları gəlirdi, amma o sadəcə baxırdı”.

Əməkdar artist Kübra Əliyeva isə Eldəniz Zeynalovun vəfatından sonra tapılan məktubdan danışıb:

“Eldəniz rəhmətə gedəndən sonra onun yastığının altından bir məktub tapıldı. Həmin məktub Həsənağa Turabov və Telman Adıgözəlova yazılmışdı. Yazırdı ki, “mən gedirəm, bilirəm ki, geri qayıtmayacağam. Balalarımı sizə əmanət edirəm”. Bu, sənət aləmində çox nadir bir haldır”. Sen gönderdin

Скопировано
Səhərlər niyə özümüzü iştahasız hiss edirik?

Səhərlər niyə özümüzü iştahasız hiss edirik?

Cəmiyyət
23 марта 2026 26 просмотров
Çay istehlakının təhlükəsiz həddi açıqlandı

Çay istehlakının təhlükəsiz həddi açıqlandı

Cəmiyyət
23 марта 2026 26 просмотров
Yaşlı mühafizəçini döyən kim, yolda hoqqa çıxaran kim... | İnsanları bəlaya saldılar - XÜLASƏ

Yaşlı mühafizəçini döyən kim, yolda hoqqa çıxaran kim... | İnsanları bəlaya saldılar - XÜLASƏ

Cəmiyyət
22 марта 2026 26 просмотров
"Əvvəl gələndə rahatçılıq idi" | Üç hərfin birləşməsindən yaranan yaşayış massivi - Baku TV

"Əvvəl gələndə rahatçılıq idi" | Üç hərfin birləşməsindən yaranan yaşayış massivi - Baku TV

Cəmiyyət
22 марта 2026 26 просмотров
"Bunu nəzərə alsalar, daha yaxşı olardı" | Parkın ərazisi niyə hasarlanıb? - Baku TV

"Bunu nəzərə alsalar, daha yaxşı olardı" | Parkın ərazisi niyə hasarlanıb? - Baku TV

Cəmiyyət
22 марта 2026 26 просмотров
"3-cü ildir ki, bayramı burada qeyd edirik" | Laçın sakinlərinin bayram sevinci - Baku TV

"3-cü ildir ki, bayramı burada qeyd edirik" | Laçın sakinlərinin bayram sevinci - Baku TV

Cəmiyyət
22 марта 2026 26 просмотров
Bu ərazilərdə qar, dolu yağacağı gözlənilir? - Baku TV

Bu ərazilərdə qar, dolu yağacağı gözlənilir? - Baku TV

Cəmiyyət
22 марта 2026 26 просмотров
"Suya qənaət etməsək.." | Ümumdünya Su Günü - Baku TV

"Suya qənaət etməsək.." | Ümumdünya Su Günü - Baku TV

Cəmiyyət
22 марта 2026 26 просмотров
Sutəmizləyici filtrlərin gizli fəsadları

Sutəmizləyici filtrlərin gizli fəsadları

Cəmiyyət
22 марта 2026 26 просмотров
Uşaqlara kitab oxumağı sevdirməyin yolları

Uşaqlara kitab oxumağı sevdirməyin yolları

Cəmiyyət
22 марта 2026 26 просмотров
Выбранные
icon