Выбрать плеер:

Yeniyetmə sürücülərin törətdiyi qəzaların sayı niyə artıb? | Ekspertdən açıqlama - Baku TV

21 марта 2026 298 просмотров

Son zamanlar sosial şəbəkələrdə yeniyetmələrin avtomobil idarə etməsini əks etdirən görüntülərə tez-tez rast gəlinir. Bəzi hallarda yeniyetmələr valideynlərindən icazəsiz avtomobili götürür, bəzən isə valideynlər özləri sükanı övladlarına həvalə edirlər. Belə şəxslərin avtomobil idarə etməsi isə yollarda hər kəs üçün təhlükə yaradır.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı məsələnin hüquqi tərəflərinə toxunaraq bildirib ki, sürücülük hüququ olmayan şəxsin hər hansı qəza törətməsi, xüsusən də ölüm halının baş verməsi birbaşa cinayət tərkibi yaradır:

"Belə hallarda daha ağır sanksiyalar tətbiq oluna bilər. Təəssüf ki, bəzi insanlar bunu utanmadan sosial şəbəkələrdə paylaşırlar. Bu, başqalarına pis nümunə olmaqdır. Belə hallara qətiyyən yol vermək olmaz".

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, azyaşlıların sükan arxasına əyləşməsi nəticəsində baş verən ağır yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. Qurum qeyd edir ki, təcrübəsizlik, yol hərəkəti qaydalarını bilməmək və məsuliyyətsizlik faciəvi sonluqlara səbəb olan əsas amillərdir.

Həmçinin vurğulanıb ki, Dövlət Yol Polisi tərəfindən bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir və qayda pozuntularına qarşı qanunauyğun tədbirlər görülür.

Скопировано
"Heyifdir, torpaqda çürüməsin" | Öləndə başqasına həyat vermək istəyənlər nə etməlidir? - Baku TV

"Heyifdir, torpaqda çürüməsin" | Öləndə başqasına həyat vermək istəyənlər nə etməlidir? - Baku TV

Cəmiyyət
19 июня 2026 298 просмотров
II və III qruplar üzrə qəbul imtahanının nəticələri barədə vacib açıqlamalar - HANSI İXTİSAS?

II və III qruplar üzrə qəbul imtahanının nəticələri barədə vacib açıqlamalar - HANSI İXTİSAS?

Cəmiyyət
19 июня 2026 298 просмотров
Hansı çimərliklər daha təhlükəlidir? - FHN-dən əhaliyə təcili xəbərdarlıq - Baku TV

Hansı çimərliklər daha təhlükəlidir? - FHN-dən əhaliyə təcili xəbərdarlıq - Baku TV

Cəmiyyət
19 июня 2026 298 просмотров
BDYPİ-dən sakinlərə mühüm müraciət

BDYPİ-dən sakinlərə mühüm müraciət

Cəmiyyət
19 июня 2026 298 просмотров
"Xəbərsiz gətirib qoyub!" - Qalmaqal: qonşular kişinin əməlinə dözmədi: "4-5 gündür ki..." - Baku TV

"Xəbərsiz gətirib qoyub!" - Qalmaqal: qonşular kişinin əməlinə dözmədi: "4-5 gündür ki..." - Baku TV

Cəmiyyət
19 июня 2026 298 просмотров
Dünyaca məşhur Subway sendviçləri artıq Bakıda | Fərqli dad, yeni məkan axtarırsınızsa... - Baku TV

Dünyaca məşhur Subway sendviçləri artıq Bakıda | Fərqli dad, yeni məkan axtarırsınızsa... - Baku TV

Cəmiyyət
19 июня 2026 298 просмотров
Sürücülər bunu görüb yanılsa, nəticə ağır ola bilər | Təhlükə yaradan xətlənmə - NECƏ OLMALIDIR?

Sürücülər bunu görüb yanılsa, nəticə ağır ola bilər | Təhlükə yaradan xətlənmə - NECƏ OLMALIDIR?

Cəmiyyət
19 июня 2026 298 просмотров
Azərbaycan Metrologiya İnstitutuna mediatur təşkil olunub - Baku TV

Azərbaycan Metrologiya İnstitutuna mediatur təşkil olunub - Baku TV

Cəmiyyət
19 июня 2026 298 просмотров
Lerikdə dini təhlükəsizliyə həsr olunan konfrans baş tutdu - Baku TV

Lerikdə dini təhlükəsizliyə həsr olunan konfrans baş tutdu - Baku TV

Cəmiyyət
19 июня 2026 298 просмотров
Qayıdışın heç yerdə eşitmədiyiniz tərəfləri | Torpaqdan daha böyük qələbə: Xocavənd

Qayıdışın heç yerdə eşitmədiyiniz tərəfləri | Torpaqdan daha böyük qələbə: Xocavənd

Cəmiyyət
18 июня 2026 298 просмотров
Выбранные
icon