Выбрать плеер:

“Fəhləlik etdirirdilər” | Restoranda xəsarət alan şəxsə kömək edilmir? - Baku TV

21 марта 2026 104 просмотров

Bakının Şirin Mirzəyev küçəsində yerləşən restoranların birində baş vermiş bədbəxt hadisə müdir və keçmiş işçi arasında anlaşılmazlığa səbəb olub.

Şikayətçi Ümid Məmmədov bildirib ki, restoranda çalışdığı müddətdə ağır fiziki işlərə cəlb olunub və iş vaxtı ehtiyatsızlıqdan barmağını balta ilə kəsib. Hadisədən sonra işdən ayrıldığını deyən Ü.Məmmədov restoran rəhbərliyinin müalicə və əməliyyat üçün çəkdiyi xərcləri ödəməkdən boyun qaçırdığını iddia edib.

Restoranın müdiri Murad Qəhrəmanov isə hadisənin işçinin öz diqqətsizliyi səbəbindən baş verdiyini söyləyib. O qeyd edib ki, müəssisə rəhbərliyi dəymiş maddi və mənəvi ziyanı qarşılamağa hazırdır, lakin bunun üçün işçidən müraciət etdiyi tibb müəssisəsindən rəsmi bildiriş təqdim etməsi tələb olunub.

Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev bildirib ki, əgər şəxs iş vaxtı xəsarət alıbsa, işəgötürən onun müalicəsi ilə bağlı zəruri tədbirləri görməlidir. Bununla belə, hüquqşünas vurğulayıb ki, işçi öz istəyinə uyğun məbləğ təyin edə bilməz. Hadisənin başvermə şəraiti, tərəflərin məsuliyyəti və real müalicə xərcləri ekspertiza tərəfindən və ya rəsmi sənədlər əsasında müəyyən olunmalıdır. Tərəflər qarşılıqlı razılığa gələ bilmədikləri təqdirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edilməsi tövsiyə olunur.

Скопировано
"Suya qənaət etməsək.." | Ümumdünya Su Günü - Baku TV

"Suya qənaət etməsək.." | Ümumdünya Su Günü - Baku TV

Cəmiyyət
22 марта 2026 104 просмотров
Sutəmizləyici filtrlərin gizli fəsadları

Sutəmizləyici filtrlərin gizli fəsadları

Cəmiyyət
22 марта 2026 104 просмотров
Uşaqlara kitab oxumağı sevdirməyin yolları

Uşaqlara kitab oxumağı sevdirməyin yolları

Cəmiyyət
22 марта 2026 104 просмотров
Bu kəndlərdə Kəmaləni nə heyrətləndirdi? - Qədim tikililər, əşyalar, bayram adətləri | KƏNDİNƏ QAYIT

Bu kəndlərdə Kəmaləni nə heyrətləndirdi? - Qədim tikililər, əşyalar, bayram adətləri | KƏNDİNƏ QAYIT

Cəmiyyət
22 марта 2026 104 просмотров
Bayram günlərində Bakıda təmir ediləcək yolların siyahısı - Baku TV

Bayram günlərində Bakıda təmir ediləcək yolların siyahısı - Baku TV

Cəmiyyət
22 марта 2026 104 просмотров
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sıxlıq - Baku TV

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sıxlıq - Baku TV

Cəmiyyət
22 марта 2026 104 просмотров
Ordubadda Novruz bayramı belə qeyd edilir - Baku TV

Ordubadda Novruz bayramı belə qeyd edilir - Baku TV

Cəmiyyət
22 марта 2026 104 просмотров
"Qayınananızın başına niyə oyun açırsınız?!" - "Dedi ki, qayınanan çırpacaq başına" - ARZUNUN VAXTI

"Qayınananızın başına niyə oyun açırsınız?!" - "Dedi ki, qayınanan çırpacaq başına" - ARZUNUN VAXTI

Cəmiyyət
21 марта 2026 104 просмотров
Fərda Amin açıq-saçıq mövzulardan və bazarda satıcılıq etdiyi günlərdən danışdı - QAPQARA

Fərda Amin açıq-saçıq mövzulardan və bazarda satıcılıq etdiyi günlərdən danışdı - QAPQARA

Cəmiyyət
21 марта 2026 104 просмотров
Alban dövrünə aid məbədin acınacaqlı vəziyyəti - Baku TV

Alban dövrünə aid məbədin acınacaqlı vəziyyəti - Baku TV

Cəmiyyət
21 марта 2026 104 просмотров
Выбранные
icon