Выбрать плеер:

ABŞ Dövlət katibi NATO-dan şikayətləndi

31 марта 2026 123 просмотров

“Əgər onların istədiyi nüvə enerjisidirsə, regionda artıq nüvə enerjisinə malik olan və ya tezliklə malik olacaq bir çox ölkələr var və onlar bunu hamının razılaşdığı, yaxşı qurulmuş mexanizm vasitəsilə edirlər. Bu da ondan ibarətdir ki, siz yanacağı idxal etməyə icazə verirsiniz, yanacağı xaricdən alırsınız və həmin yanacaq elektrik şəbəkənizi işlətmək və əhaliniz üçün enerji təmin etmək üçün istifadə olunur”.

Bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.

“Onların sahib ola bilməyəcəyi şey isə bunu sürətlə silaha çevirməyə imkan verən sistemdir. Onlar bütün bu pilotsuz uçuş aparatlarının və raketlərin istehsalını dayandırmalıdırlar. Bu yaxınlarda gördük ki, bizə yalan danışıblar. Dedilər ki, uzaqmənzilli raketləri yoxdur, amma sonra iki ədəd buraxdılar”, – Dövlət katibi bildirib.

O əlavə edib ki, Hörmüz boğazı bütün bu əməliyyat başa çatdıqdan sonra açıq olacaq, başqa variant yoxdur:

“NATO-nun ABŞ üçün faydası odur ki, bizə müxtəlif vəziyyətlər üçün bazalardan istifadə hüququ verir. Bu, adətən bazalarımız olmayan regionlarda, o cümlədən Avropanın böyük hissəsində qoşun, təyyarə və silah yerləşdirməyə imkan yaradır. Amma NATO üzvü olan İspaniya kimi ölkələrin bizə öz hava məkanından istifadəni qadağan etməsini və bununla fəxr etməsini, bazalarından istifadə etməyə imkan verməməsini görürük. Eyni şeyi edən başqa ölkələr də var.

Beləliklə, insan özünə sual verir: ABŞ üçün bunun faydası nədir? Mən NATO-nun böyük tərəfdarı olmuşam. Bunun səbəblərindən biri də odur ki, bu baza hüquqlarının bizə təsir gücü, çeviklik və dünyada əməliyyat imkanları verdiyinə inanıram. Amma əgər NATO yalnız bizim Avropanı müdafiə etməyimizdən ibarətdirsə, lakin onlar bizə lazım olanda baza hüquqlarını vermirlərsə, bu, çox yaxşı bir razılaşma deyil. Belə bir vəziyyətdə iştirak etməyə davam edib bunun ABŞ üçün faydalı olduğunu demək çətindir. Buna görə də bütün bunlara yenidən baxılmalı olacaq”.

Dövlət katibi iddia edib ki, Alyans eyni zamanda hərbi infrastruktura çıxışın məhdudlaşdırılmasını nəzərdə tutur.

Скопировано
Pekin Tayvanın yeni təchizat planlarını sərt tənqid etdi

Pekin Tayvanın yeni təchizat planlarını sərt tənqid etdi

Dünya
01 апреля 2026 123 просмотров
Dünya çempionatında finala çıxan Bosniya və Herseqovinada bayram ab-havası

Dünya çempionatında finala çıxan Bosniya və Herseqovinada bayram ab-havası

Dünya
01 апреля 2026 123 просмотров
Hayfada həyəcan siqnalı ilə sığınacaqlara qaçış

Hayfada həyəcan siqnalı ilə sığınacaqlara qaçış

Dünya
01 апреля 2026 123 просмотров
Beyrutda İsrailin hücumlarından sonra yaranan vəziyyət

Beyrutda İsrailin hücumlarından sonra yaranan vəziyyət

Dünya
01 апреля 2026 123 просмотров
Krım üzərində təyyarə qəzaya uğradı | Bütün heyət və sərnişinlər həlak oldu - Baku TV CANLI

Krım üzərində təyyarə qəzaya uğradı | Bütün heyət və sərnişinlər həlak oldu - Baku TV CANLI

Dünya
01 апреля 2026 123 просмотров
BƏƏ Hörmüz boğazı üçün hərbi koalisiya yaradılmasını təklif edir?

BƏƏ Hörmüz boğazı üçün hərbi koalisiya yaradılmasını təklif edir?

Dünya
01 апреля 2026 123 просмотров
Qüds küçələrində son vəziyyət necədir?

Qüds küçələrində son vəziyyət necədir?

Dünya
01 апреля 2026 123 просмотров
ABŞ-nin bazasına zərbələr endirildi

ABŞ-nin bazasına zərbələr endirildi

Dünya
01 апреля 2026 123 просмотров
Nəhəng meteorların sayı nə qədər artıb?

Nəhəng meteorların sayı nə qədər artıb?

Dünya
01 апреля 2026 123 просмотров
Dünyanın ən təhlükəli qadını kimin bacısıdır?

Dünyanın ən təhlükəli qadını kimin bacısıdır?

Dünya
01 апреля 2026 123 просмотров
Выбранные
icon