Выбрать плеер:

Avropanın çağırışına qarşı Pezeşkiandan sərt tənqid - Baku TV

01 апреля 2026 25 просмотров

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı Yaxın Şərqdəki təhlükəli vəziyyət fonunda gərginliyin azaldılmasına və təmkinli olmağa çağırış edib.

Bu barədə A.Koşta sosial şəbəkə hesabında yazıb.

"Yaxın Şərqdəki hazırkı vəziyyət son dərəcə təhlükəlidir. Prezident Pezeşkianla telefon danışığında mən təkidlə gərginliyin azaldılmasına və təmkinli olmağa, mülki əhalinin, infrastrukturun qorunmasına, eləcə də bütün tərəflərin beynəlxalq hüquqa tam riayət etməsinə çağırış etdim. Günahsız insanların həlak olması dərin təəssüf hissi doğurur", – deyə A.Koşta qeyd edib.

Gərginliyin azaldılması üçün Aİ Şurasının Prezidenti İranı region ölkələrinə qarşı yolverilməz hücumları dayandırmağa və xüsusən də Hörmüz boğazında gəmiçiliyin azadlığını təmin etmək üçün BMT çərçivəsində diplomatik səylərdə fəal iştirak etməyə çağırıb.

Öz növbəsində Məsud Pezeşkian bildirib ki, ABŞ və İsrailin İranla apardığı müharibəyə istənilən müdaxilə təhlükəli nəticələrə səbəb olacaq.

İran Prezidenti həmçinin əlavə edib ki, Aİ-nin ABŞ-İsrail cinayətləri qarşısında sükutu təəssüf doğurur və insan haqları iddialarına ziddir: "Avropa ölkələri İrana qarşı pozucu yanaşma əvəzinə, öz siyasətlərini beynəlxalq hüquq əsasında tənzimləsinlər".

Pekin Tayvanın yeni təchizat planlarını sərt tənqid etdi

Pekin Tayvanın yeni təchizat planlarını sərt tənqid etdi

Dünya
01 апреля 2026 25 просмотров
Dünya çempionatında finala çıxan Bosniya və Herseqovinada bayram ab-havası

Dünya çempionatında finala çıxan Bosniya və Herseqovinada bayram ab-havası

Dünya
01 апреля 2026 25 просмотров
Hayfada həyəcan siqnalı ilə sığınacaqlara qaçış

Hayfada həyəcan siqnalı ilə sığınacaqlara qaçış

Dünya
01 апреля 2026 25 просмотров
Beyrutda İsrailin hücumlarından sonra yaranan vəziyyət

Beyrutda İsrailin hücumlarından sonra yaranan vəziyyət

Dünya
01 апреля 2026 25 просмотров
Krım üzərində təyyarə qəzaya uğradı | Bütün heyət və sərnişinlər həlak oldu - Baku TV CANLI

Krım üzərində təyyarə qəzaya uğradı | Bütün heyət və sərnişinlər həlak oldu - Baku TV CANLI

Dünya
01 апреля 2026 25 просмотров
BƏƏ Hörmüz boğazı üçün hərbi koalisiya yaradılmasını təklif edir?

BƏƏ Hörmüz boğazı üçün hərbi koalisiya yaradılmasını təklif edir?

Dünya
01 апреля 2026 25 просмотров
Qüds küçələrində son vəziyyət necədir?

Qüds küçələrində son vəziyyət necədir?

Dünya
01 апреля 2026 25 просмотров
ABŞ-nin bazasına zərbələr endirildi

ABŞ-nin bazasına zərbələr endirildi

Dünya
01 апреля 2026 25 просмотров
Nəhəng meteorların sayı nə qədər artıb?

Nəhəng meteorların sayı nə qədər artıb?

Dünya
01 апреля 2026 25 просмотров
Dünyanın ən təhlükəli qadını kimin bacısıdır?

Dünyanın ən təhlükəli qadını kimin bacısıdır?

Dünya
01 апреля 2026 25 просмотров
Выбранные
icon