İran və ABŞ arasında memorandumda fikir ayrılığı qalır - Baku TV
“İran və ABŞ arasında münaqişənin nizamlanmasına dair memorandumun bir sıra bəndləri üzrə fikir ayrılıqları qalmaqdadır. Tehran hesab edir ki, Vaşinqton bu yolla sənədin razılaşdırılmasını bloklayır”.
“Tasnim” agentliyi iranlı mənbəyə istinadən belə yazıb.
“İran və ABŞ arasında mümkün qarşılıqlı anlaşma memorandumunun bir-iki bəndi üzrə fikir ayrılıqları qalmaqdadır və ABŞ tərəfindən yaradılan maneələrə görə məsələ hələ də öz həllini tapmayıb”, – deyə məlumatda bildirilir.
Qeyd olunub ki, İran tərəfi pakistanlı vasitəçiləri məlumatlandırıb ki, əgər ABŞ tərəfindən bloklanma davam edərsə, sənədin yekun razılaşdırılması imkanı olmayacaq. Hansı bəndlər üzrə fikir ayrılıqlarının qaldığı dəqiqləşdirilməyib.
Həmçinin mənbə iddia edib ki, Tehran razılaşma əldə olunduqdan sonra İran gəmilərinin Hörmüz boğazından keçidinə Vaşinqton tərəfindən nəzarət edilməsinə razılıq verməyəcək.
Bu arada, ABŞ və İran arasında danışıqların növbəti raundu iyunun 5-də keçirilə bilər.
“Al Hadath” telekanalının məluamatına görə, Tehran və Vaşinqton arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra münaqişənin tamamilə başa çatdırılması üçün yekun məsələlər üzrə danışıqlar aparılacaq. Dəqiqləşdirilib ki, İran və ABŞ arasında ilkin razılaşma “İslamabad bəyannaməsi” adlanacaq.
Тег #ABŞ-İran münaqişəsi используется
