Выбрать плеер:

Moskvada şübhəli şəxs partlayıcını işə saldı | Ölən və yaralılar var - Baku TV

25 декабря 2025 19 просмотров

Dekabrın 23-dən 24-nə keçən gecə Moskvanın cənubunda, Yeletskaya küçəsində yol polisi əməkdaşlarına məxsus xidməti avtomobilin yaxınlığında güclü partlayış baş verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində ikisi yol polisi əməkdaşı olmaqla üç nəfər aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Rusiya Federasiyasının İstintaq Komitəsi rəsmi məlumat yayıb. Bildirilib ki, xidməti avtomobilin yanında kustar üsulla hazırlanan partlayıcı qurğu işə düşüb. Partlayışın təsiri nəticəsində avtomobilin kuzovunda və asfalt örtüyündə çoxsaylı qəlpə izləri aşkarlanıb ki, bu da partlayıcının böyük dağıdıcı gücə malik olduğunu göstərir.

İstintaqın ilkin versiyasına əsasən, hadisə gecə saat 01:30 radələrində baş verib. Həmin vaxt iki yol polisi əməkdaşı xidməti avtomobilin yaxınlığında şübhəli hərəkətlər edən şəxs müşahidə edib. Onlar həmin şəxsi saxlamaq üçün yaxınlaşdıqları anda partlayıcı qurğu işə salınıb. Rusiya mətbuatında yayılan məlumatlarda qeyd olunub ki, həlak olan üçüncü şəxs partlayışı törədən şəxs ola bilər.

Hadisədən dərhal sonra ərazidə əməliyyat-istintaq qrupu fəaliyyətə başlayıb. Hadisə yeri tam nəzarətə götürülüb, videomüşahidə kameralarının görüntüləri götürülüb, şahidlərin ifadələri toplanıb. Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi faktla bağlı cinayət işi açıb. Hücumun hazırlanmasında və həyata keçirilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Скопировано
Teylor Svift aclıqla mübarizə və səhiyyə üçün milyonlarla dollar ayırıb

Teylor Svift aclıqla mübarizə və səhiyyə üçün milyonlarla dollar ayırıb

Dünya
25 декабря 2025 19 просмотров
Rusiya ABŞ-nin planını danışıqlar üçün başlanğıc hesab edir

Rusiya ABŞ-nin planını danışıqlar üçün başlanğıc hesab edir

Dünya
25 декабря 2025 19 просмотров
Banqkok görüşün müsbət nəticələr verəcəyinə ümid edir

Banqkok görüşün müsbət nəticələr verəcəyinə ümid edir

Dünya
25 декабря 2025 19 просмотров
Notr-Dam kilsəsində Milad mərasimi keçirildi

Notr-Dam kilsəsində Milad mərasimi keçirildi

Dünya
25 декабря 2025 19 просмотров
Netanyahunun bu qərarı nə ilə bağlıdır?

Netanyahunun bu qərarı nə ilə bağlıdır?

Dünya
25 декабря 2025 19 просмотров
Əlcəzair Milli Xalq Assambleyası qanun layihəsi təqdim edib

Əlcəzair Milli Xalq Assambleyası qanun layihəsi təqdim edib

Dünya
25 декабря 2025 19 просмотров
80 min miqrant sığınacaqlara yerləşdiriləcək?

80 min miqrant sığınacaqlara yerləşdiriləcək?

Dünya
25 декабря 2025 19 просмотров
Ukrayna Prezidentindən Miladla bağlı müraciət

Ukrayna Prezidentindən Miladla bağlı müraciət

Dünya
25 декабря 2025 19 просмотров
Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyət necədir?

Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyət necədir?

Dünya
25 декабря 2025 19 просмотров
Makron və Rütte “İstəklilər koalisiyası”nın fəaliyyətində əldə olunan irəliləyişi qeyd ediblər

Makron və Rütte “İstəklilər koalisiyası”nın fəaliyyətində əldə olunan irəliləyişi qeyd ediblər

Dünya
25 декабря 2025 19 просмотров
Выбранные
icon