Выбрать плеер:

Vens Pentaqondan şübhələnir – “İranla bağlı real vəziyyət gizlədilir”

28 апреля 2026 46 просмотров

Donald Trampın administrasiyası daxilində Pentaqonun İranla müharibə və ABŞ-nin silah ehtiyatları ilə bağlı vəziyyəti nə dərəcədə düzgün əks etdirməsi ilə bağlı fikir ayrılıqları yaranıb.

Bu barədə “The Atlantic” daxili müzakirələrlə tanış mənbələrə istinadla məlumat yayıb.

Vitse-prezident Ceyms Devid Vens qapalı görüşlərdə raket və sursat çatışmazlığı ehtimalı ilə bağlı narahatlığını bildirərək Pentaqonun müharibənin gedişi ilə bağlı həddindən artıq optimist qiymətləndirmələrini şübhə altına alıb.

Mənbələrin məlumatına görə, Vens Müharibə Departamentinin ABŞ-nin silah ehtiyatlarının tükənmə miqyasını az göstərib-göstərmədiyini dəfələrlə sorğulayıb.

Müharibə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Den Keyn ictimai çıxışlarında ABŞ-nin ehtiyatlarının kifayət qədər olduğunu və İrana qarşı hərbi əməliyyatların uğurlu olduğunu bəyan edib.

Daxili müzakirələrə görə, əsas döyüş sursatlarının, o cümlədən hava hücumundan müdafiə və zərbə silahları ehtiyatlarında ciddi azalma qeydə alınıb.

Nəşr qeyd edir ki, bu azalma ABŞ-nin Çin, Rusiya və Şimali Koreya ilə mümkün müharibələrə cavab vermə qabiliyyətinə də təsir edə bilər, çünki eyni silah sistemləri müxtəlif regionlarda istifadə olunur.

Pentaqon məlumatların gizlədilməsi iddiasını inkar edərək Prezidentə müntəzəm olaraq tam vəziyyətin təqdim olunduğunu bildirib. Ağ Ev isə milli təhlükəsizlik komandası daxilində sağlam müzakirə aparıldığını vurğulayıb.

Скопировано
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər

Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər

Dünya
29 апреля 2026 46 просмотров
Trampı hədələyən şəxsi 10 il həbs cəzası gözləyə bilər

Trampı hədələyən şəxsi 10 il həbs cəzası gözləyə bilər

Dünya
29 апреля 2026 46 просмотров
İranın kölgə bank sistemini SEPAH-la nə bağlayır?

İranın kölgə bank sistemini SEPAH-la nə bağlayır?

Dünya
29 апреля 2026 46 просмотров
Livana son zərbələrdə 13 nəfər ölüb, 59 nəfər yaralanıb

Livana son zərbələrdə 13 nəfər ölüb, 59 nəfər yaralanıb

Dünya
29 апреля 2026 46 просмотров
Qısa məzmunlu xəbərləri davamlı izləmək diqqət dağınıqlığına səbəb olur?

Qısa məzmunlu xəbərləri davamlı izləmək diqqət dağınıqlığına səbəb olur?

Dünya
29 апреля 2026 46 просмотров
Çində yaşayış xərcləri artıb

Çində yaşayış xərcləri artıb

Dünya
29 апреля 2026 46 просмотров
Tramp Almaniya Kanslerini tənqid etdi

Tramp Almaniya Kanslerini tənqid etdi

Dünya
29 апреля 2026 46 просмотров
Böyük Britaniya Kralından Ukraynaya dəstək

Böyük Britaniya Kralından Ukraynaya dəstək

Dünya
29 апреля 2026 46 просмотров
"ABŞ və İsrail quru əməliyyatlarına cürət etməyib" | Əmir Əkrəminiya

"ABŞ və İsrail quru əməliyyatlarına cürət etməyib" | Əmir Əkrəminiya

Dünya
29 апреля 2026 46 просмотров
Əraqçinin Moskva səfərində diqqətçəkən məqamlar | Məcburi yaxınlaşma, yoxsa yeni ittifaq? - Baku TV

Əraqçinin Moskva səfərində diqqətçəkən məqamlar | Məcburi yaxınlaşma, yoxsa yeni ittifaq? - Baku TV

Dünya
29 апреля 2026 46 просмотров
Выбранные
icon