Müəssisələrin rəhbərləri üçün xüsusi təlim proqramı təşkil olunub - Baku TV
SOCAR-da innovasiya fəaliyyətinin daha sistemli, ölçüləbilən və nəticəyönümlü şəkildə inkişaf etdirilməsi məqsədilə şirkətin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri üçün xüsusi təlim proqramı təşkil olunub.
Təlim çərçivəsində SOCAR-ın 2026-cı il üzrə innovasiya gündəliyi, eləcə də müəssisələr üzrə müəyyənləşdirilən problemlər və inkişaf imkanlarının təhlilinə dair nəticələr təqdim edilib.
Bununla yanaşı, daxili və açıq innovasiya mexanizmlərinin praktik tətbiqində liderliyin rolu, təşəbbüslərin effektiv idarə olunması və rəhbər səviyyəsində strateji qərarvermə yanaşmaları ətraflı müzakirə olunub.
Qeyd edək ki, SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsi beynəlxalq standartlara uyğun, neft-qaz sənayesi, təhlükəsizlik, ekologiya və texniki sahələrdə müxtəlif təlimlər təşkil edir. Təlimlər həm şirkət əməkdaşları, həm də mütəxəssis olmaq istəyənlər üçün nəzərdə tutulur və təlimlərin sonunda iştirakçılara sertifikatlar verilir.
Тег #SOCAR используется
- "Yaşıl gündəlik" və gələcəyə yönəlmiş innovasiyalar - Baku TV
- Müasir texnologiyaların və rəqəmsallaşmanın tətbiqi üzrə təkliflər təqdim olunub - Baku TV
- SOCAR "Samsung" arasında anlaşma memorandumu imzalanıb - Baku TV
- SOCAR-ın prezidenti Rövşən Nəcəf "Wood" şirkətinin icraçı prezidenti ilə görüşdü - Baku TV
- Neft-qaz sahəsində su istifadəsinin səmərəliliyinin artımı üçün təşəbbüslər hazırlanır - Baku TV
