Neft-qaz sahəsində su istifadəsinin səmərəliliyinin artımı üçün təşəbbüslər hazırlanır - Baku TV
"Neft-qaz sənayesi istehsal proseslərinin fasiləsizliyi, texnoloji təhlükəsizlik və məhsul keyfiyyətinin təmin olunması baxımından su ehtiyatlarından əhəmiyyətli dərəcədə asılıdır və bu asılılıq xüsusilə hasilat və emal mərhələlərində daha qabarıq şəkildə özünü göstərir".
"Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ətraf mühitin idarə olunmasının planlaşdırması şöbəsinin rəisi Mədinə Hacıyeva bildirib.
Onun sözlərinə görə, sənayedə ümumi su götürülməsinin 80%-i məhz hasilat və emal sahələrinin payına düşür:
"Xüsusilə, SOCAR təkcə neft və qazın kəşfiyyatı və hasilatı ilə deyil, həm də neft-kimya məhsullarının istehsalını əhatə edən geniş emal əməliyyatları ilə məşğuldur. Bu isə istehsal müəssisələri üçün əhəmiyyətli həcmdə su resurslarının cəlb edilməsini zəruri edir".
Şöbə rəisi qeyd edib ki, SOCAR dəniz suyu və şirin sudan istifadə edir: "Yaxın illərdə şirin su istehlakının intensivliyinin azaldılması üçün strateji təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır".
