"Yaşıl gündəlik" və gələcəyə yönəlmiş innovasiyalar - Baku TV
Bakıda İsveçrə şirkətləri ilə geniş əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Bu barədə İsveçrənin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Belə ki, görüşdə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Ştel, İsveçrə şirkətlərinin rəhbərləri iştirak edib.
Müzakirələrdə "yaşıl gündəlik" və gələcəyə yönəlmiş innovasiyalar barədə danışıqlar aparılıb. İsveçrə şirkətləri yeni imkanlar, davam edən layihələr və daha geniş əməkdaşlıq istiqamətlərini vurğulayıblar.
Səfirliyin məlumatında qeyd edilib ki, bu, İsveçrə biznesinin inkişafının Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və ixrac ambisiyalarına töhfəsinin göstəricisidir.
Səfir Tomas Ştel qarşıdan gələn ikitərəfli görüşlər və mühüm tədbirlər, o cümlədən İsveçrənin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına və dayanıqlı şəhər inkişafına töhfəsi barədə məlumat verib.
Тег #SOCAR используется
- Müəssisələrin rəhbərləri üçün xüsusi təlim proqramı təşkil olunub - Baku TV
- Müasir texnologiyaların və rəqəmsallaşmanın tətbiqi üzrə təkliflər təqdim olunub - Baku TV
- SOCAR "Samsung" arasında anlaşma memorandumu imzalanıb - Baku TV
- SOCAR-ın prezidenti Rövşən Nəcəf "Wood" şirkətinin icraçı prezidenti ilə görüşdü - Baku TV
- Neft-qaz sahəsində su istifadəsinin səmərəliliyinin artımı üçün təşəbbüslər hazırlanır - Baku TV
