Pleyeri seçin:
ABŞ COP29-la bağlı müsbət rəy vermişdi, amma... | Səməd Seyidovdan açıqlama
“İnam beynəlxaq münasibətlərdə ən vacib məqamdır. ABŞ bu inamı, etibarı itirir”.
Bunu Milli Məclisin oktyabrın 8-i keçirilən iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.
“Biz bu məktubu yazaraq çox vacib addım atmışıq. ABŞ ilə münasibətlərə yenidən baxmaq məsələsini gündəmə gətirmişik. Bu, ABŞ-nin birinci cəhdidirmi? Xeyr! Ancaq bu dəfə tamamən başqa hadisə baş verdi. Amerika COP29-un keçirilməsi ilə bağlı müsbət rəy vermişdi, dəstəkləmişdi. Amma onlar tədbiri alt-üst etməyə cəhd göstərir”, – o bildirib.
Qeyd edək ki, Səməd Seyidov həm də Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər
- ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI
- ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM
- NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV
- 6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR
