“Geosiyasi hadisələr bu riskləri göstərdi ki...” | Şavkat Mirziyoyev hansı mesajları verdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Son geosiyasi hadisələr təchizat zəncirlərinin pozulması risklərini bir daha göstərdi, alternativ nəqliyyat dəhlizlərinin strateji əhəmiyyətini nümayiş etdirdi. Bunu biz həmin hadisələrdə gördük.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində bildirib.
“Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin ötən il başlanması mühüm hadisə idi. Gələcəkdə bu dəmir yolu xətti Transəfqan dəhlizi ilə birləşəcək və böyük regionumuzda tranzit şəbəkələrini səmərəli şəkildə bir araya gətirəcək.
İnanırıq ki, məhz rəqəmsal nəqliyyat və gömrük ofisinin yaradılması təşəbbüsünün həyata keçirilməsi labüddür. Çünki bunun sayəsində biz nəqliyyat və logistika sektorlarında rəqəmsallaşmanı sistemli şəkildə təşkil edəcəyik və beləliklə, ekspert səviyyəsində danışıqları daha da gücləndirəcəyik”, – deyə o qeyd edib.
#Özbəkistan teqi istifadə olunub
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- "Bu çıxışlardan çox təsirləndim..." | Özbəkistan beynəlxalq tədbirə ev sahibliyi edir - Baku TV
- Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- İlham Əliyev Özbəkistan Prezidentini qəbul edib - Baku TV
