Oğuzlardan 11 nəfər ayrılıb, Ləmbəlinin əsasını qoydular | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
“Qızıl Alma hədəfi və ona doğru gedən yol” adlı buraxılışda Loru mahalının, Barana (Noyemberyan) rayonunun Ləmbəli (Baqrataşen) kəndinin tarixi, xalçaçılığı, irsi araşdırılıb.
Tədqiqatçı alim, professor Cahangir Hacıyev Ləmbəli adının mənasından, burada toxunan xalçaların üzərindəki təsvir və işarələrin gizli mənasından, oğuz türklərinin məskunlaşdığı Ləmbəli yurdunun tarixindən söz açır.
Bildirilib ki, Ləmbəlinin tarixi xalçanın üzərində gizli işarələrlə qeyd olunub. Xalça üzərindəki əjdaha ilə döyüşən türkün təsviri qəhrəmanlıq rəmzi olmaqla yanaşı, bir çox gerçəkliyi üzə çıxarır, erməni saxtakarlığını ifşa edir. Həmçinin Qızıl Alma hədəfi və ona doğru gedən yolun təsviri, Çadırgülü naxışı da oğuz boyunun damğasıdır. “Üçgöllü-əjdahalı” xalçada türk tayfları və yerləşdikləri ərazilərin işarələri yer alır.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Azərbaycanlıların Ermənistana qayıdışı beynəlxalq müstəvidə həll olunur? - AKTUAL GÜNDƏM
- Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
- Yerli əhalisinin iki dəfə qovulduğu Azərbaycan kəndi Şəkinin tarixi
- Beynəlxalq tribunada Qərbi Azərbaycan həqiqətləri | Tehran Vaşinqtonu ittiham edib - YENİ BİR SƏHƏR
- “Belində samovar qaynadıblar” | Araz Yaquboğlu azərbaycanlı ailəyə edilən zülmü danışdı - O VAXTLAR
