Pleyeri seçin:

Pakistanın Baş naziri İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

27 may 2025 722 baxış

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Əlamətdar bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Pakistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm”, – deyə məktubda qeyd olunub.

Məhəmməd Şahbaz Şərif bildirib ki, Pakistan Azərbaycanla bütün vacib məsələlərdə qarşılıqlı etimada, nümunəvi səmimi münasibətlərə və bir-birinə qətiyyətli dəstəyə əsaslanan tarixən çox gözəl qardaşlıq əlaqələrini yüksək qiymətləndirir.

“Hindistanla yaşanan son böhran zamanı Pakistana davamlı dəstəyinizə görə Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Pakistanla davamlı həmrəylik nümayiş etdirdiklərinə görə azərbaycanlı qardaşlarımıza da təşəkkür edirik. Həqiqətən əsl qardaşlar olaraq, xüsusilə də talelərimiz bir-birinə oxşar olduğu üçün qəlblərimiz həmişə bir döyünür”, – deyə təbrikdə bildirilib.

Pakistanın Baş naziri yaxın günlərdə Azərbaycana səfərini səbirsizliklə gözlədiyini də qeyd edib.

“Əminəm ki, yüksəksəviyyəli əməkdaşlıq dinamikası tezliklə qarşılıqlı maraq kəsb edən bütün sahələrdə nəzərəçarpacaq nəticələrin əldə olunmasına təkan verəcək, İnşallah! Mən ən qısa zamanda Sizi münasib vaxtda Pakistanda qarşılamağı səbirsizliklə gözləyirəm.

Zati-alinizə cansağlığı, uğurlar və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq diləyirəm. Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm", – deyə məktubda qeyd olunur.

Baia Mare şəhəri ilə Xankəndi arasında əlaqələr yeni mərhələyə qədəm qoyur - Baku TV CANLI

Baia Mare şəhəri ilə Xankəndi arasında əlaqələr yeni mərhələyə qədəm qoyur - Baku TV CANLI

Siyasət
17 sentyabr 2026 722 baxış
"TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq" | Prezident - Baku TV

"TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq" | Prezident - Baku TV

Siyasət
17 sentyabr 2026 722 baxış
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - Baku TV

Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - Baku TV

Siyasət
17 sentyabr 2026 722 baxış
"Müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır" | Prezident - Baku TV

"Müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır" | Prezident - Baku TV

Siyasət
17 sentyabr 2026 722 baxış
"Ölkələrimiz inamlı iqtisadi artım nümayiş etdirir" | İlham Əliyev - Baku TV

"Ölkələrimiz inamlı iqtisadi artım nümayiş etdirir" | İlham Əliyev - Baku TV

Siyasət
17 sentyabr 2026 722 baxış
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - Baku TV CANLI

İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - Baku TV CANLI

Siyasət
17 sentyabr 2026 722 baxış
Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - Baku TV

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - Baku TV

Siyasət
17 sentyabr 2026 722 baxış
"Azərbaycan dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkədir" | Prezident - Baku TV

"Azərbaycan dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkədir" | Prezident - Baku TV

Siyasət
17 sentyabr 2026 722 baxış
"Ölkələrimizin potensialı kifayət qədər böyükdür" | İlham Əliyev - Baku TV

"Ölkələrimizin potensialı kifayət qədər böyükdür" | İlham Əliyev - Baku TV

Siyasət
17 sentyabr 2026 722 baxış
Baia Mare və Xankəndi şəhərləri qardaşlaşma haqqında niyyət protokolu imzalayıb - Baku TV

Baia Mare və Xankəndi şəhərləri qardaşlaşma haqqında niyyət protokolu imzalayıb - Baku TV

Siyasət
17 sentyabr 2026 722 baxış
Seçilmişlər
icon