Pleyeri seçin:

Qərbin Rusiyanı sıxışdırma planı: Ermənistan niyə “son addımı” ata bilmir?

28 noyabr 2023 315 baxış

“Mərkəzi Ukraynada yerləşən Qərb və Rusiya arasında geosiyasi qarşıdurma daha qlobal xarakter daşıyır və bir çox regionu əhatə edir. Bu baxımdan Cənubi Qafqaz və Qarabağ münaqişəsi ilə bağlı hadisələr Qərb üçün unikal fəaliyyət sahəsinə çevrilib”.

Bunu rusiyalı politoloq Andrey Areşev deyib.

“Rusiya rəhbərliyi problemi düzgün formalaşdırır. Qərb üçün məsələ təkcə təhlükəsizliyin təmin edilməsi deyil, bu regionda uzun zamandır mövcud olan Rusiyanın sıxışdırılmasıdır. Aydındır ki, bu cür geosiyasi dəyişikliklər belə qeyri-sabit regionda sabitliyin pozulmasına səbəb olmaya bilməz. Bu, danışıqların ləğvində və gərgin atmosferdə özünü göstərir.

Bu gün Cənubi Qafqazda vəziyyət fərqlidir. Ermənistan hakimiyyəti Qərbə yönəlib, ümidini Qərb tərəfdaşlarına bağlayır. Lakin Ermənistanın Rusiya ilə münasibətlərdən əldə etdiyi iqtisadi imtiyazlar da daxil olmaqla, bir sıra şərtlərə görə son addımı atmağa hazır görünmür. Biz tez-tez siyasəti bəyanatlarla qiymətləndiririk, lakin bəyanatlar maraqlara və imkanlara əsaslanan faktiki siyasətdən çox fərqlidir.

İndi Ermənistan hakimiyyəti siyasi baxımdan Qərbə doğru mövqe tutur, lakin təhlükəsizlik və iqtisadi məsələlər də daxil olmaqla, Qərbdən resursların çatışmazlığı səbəbindən tərəddüd edir. KTMT və digər strukturlardan çıxmaq da daxil olmaqla, kəskin addım Ermənistanın hazırda maraqlarına uyğun gəlmir.

KTMT-dən çıxmağın İrəvanın siyasi səhvi olacağına inanan KTMT-nin sabiq Baş katibi Nikolay Bordyuja ilə razıyam. KTMT səhvlərə yol vermiş ola bilər, ancaq Rusiya öz gücü ilə, öz imkanları daxilində bunları düzəltməyə çalışır, Qərb isə bunu etməzdi.

Söhbət ondan getmir ki, Qərb Ermənistanı əvvəllər dəstəkləyə bilmirdi və ya indi bunu etmir, məsələn, fransızlar müəyyən avadanlıq verir. Bu, Qərbin maraqları ilə bağlıdır”, – o bildirib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 315 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 315 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 315 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 315 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 315 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 315 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 315 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 315 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 315 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 315 baxış
Seçilmişlər
icon