Pleyeri seçin:

Razuvayev: AB zəhər töksə də, Azərbaycana sanksiya tətbiq etməyəcək

27 oktyabr 2023 560 baxış

“Azərbaycan uzun müddətdir ki, Avropa Birliyindən (AB) edilən müxtəlif hücumlara dözüb. Lakin indi, Qarabağın qaytarılmasından sonra nəinki bezib, hətta görüşlərdən imtina imkanı da qazanıb. Bundan başqa, Qərb müsəlman dünyasını, türk dünyasını sevmir”.

Bunu rusiyalı siyasi şərhçi Aleksandr Razuvayev Azərbaycanın Avropanın vasitəçiliyinə laqeydliyi haqda danışarkən deyib.

“Niyə Azərbaycan ilkin olaraq ona qarşı mənfi münasibət bəsləyən vasitəçinin “xidmətlər”indən istifadə etməlidir? Üstəlik, bütün problemləri özü həll etdiyi təqdirdə niyə onların “xidmətlər”indən istifadəyə davam etsin ki?! AB nə qədər zəhər töksə də, faktiki olaraq Azərbaycana qarşı sanksiyalar tətbiq etməyəcək, çünki Bakı mühüm enerji mənbəyidir.

Gördüyünüz kimi, sanksiyaların tətbiq olunduğu ölkələr son nəticədə onlara uyğunlaşır. Biz bunu Rusiya və İranın timsalında görürük. Qərəzli vasitəçi ilə iş qura bilməzsiniz. Azərbaycan diplomatik cəhətdən güc və sakitlik nümayiş etdirir.

Ermənistan-Azərbaycan münaqişəsinin əsas məsələsi – Qarabağ problemi olub. Vəssalam. Bunu Vladimir Putin, Sergey Lavrov və Rusiya hökumətinin bütün nümayəndələri deyib.

Azərbaycana təzyiq etmək olmaz. Xüsusən də Bakı Qarabağı tamamilə qaytardıqdan sonra. İndi Azərbaycan incə, diqqətlə, diplomatik yolla göstərir ki, bundan sonra hansı addımın atılacağını vasitəçilər deyil, məhz özü seçir.

Amma Qərb Cənubi Qafqazda mövcudluğunu gücləndirəcək. O, vassalının olmasını istəyir. Bu isə təkcə Rusiyaya qarşı deyil, həm də Türkiyə, İran və Azərbaycana qarşıdır”, – o bildirib.

Qeyd edək ki, oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan beştərəfli görüşə Azərbaycan qatılmamışdı. Eyni zamanda oktyabrın sonunda Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli görüşdən də Azərbaycan Prezidentinin imtina etdiyi bildirilir.

Prezident İlham Əliyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda - Baku TV CANLI

Prezident İlham Əliyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda - Baku TV CANLI

Siyasət
26 sentyabr 2026 560 baxış
Ticarətdən bərpa olunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV

Ticarətdən bərpa olunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV

Siyasət
26 sentyabr 2026 560 baxış
Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Siyasət
25 sentyabr 2026 560 baxış
Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 560 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 560 baxış
ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

Siyasət
25 sentyabr 2026 560 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 560 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 560 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 560 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 560 baxış
Seçilmişlər
icon