Pleyeri seçin:

Rusiyalı siyasi şərhçidən Azərbaycan paylaşımı: Qarabağ məsələsi bağlanıb

06 oktyabr 2023 314 baxış

“İlham Əliyevə nəinki Emmanuel Makron və ya Olaf Şolts, əslində, Avropa Birliyinə görüşdən imtina etməyə imkan verən əsas amil Qarabağın birdəfəlik onun nəzarətinə qaytarılmasıdır”.

Bunu rusiyalı maliyyəçi və siyasi şərhçi Aleksandr Razuvayev paylaşıb.

“Budur, Qarabağ mövzusu bağlıdır. Separatçılar Azərbaycanın antiterror tədbirlərinə başlamasından bir gün sonra təslim oldular və qondarma qurum özünü ləğv etdiyini açıqladı. Möhtəşəm hadisə. Azərbaycan möhtəşəmdir və möhtəşəm döyüşçüləri var. Buna görə də müzakirə ediləcək başqa bir şey yoxdur. Qarabağ məsələsi bağlanıb. Avropa Birliyi, Almaniya və Fransa son aylarda Bakı əleyhinə bəyanatlarla çox fəal olub. Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən məsləhət xarakterli qətnamə qəbul edib. Bu da rol oynadı. Niyə sənə qarşı olanlarla görüşəsən ki? Bu vasitəçilər nəsə düzgün etmirlər: vasitəçi sülhə çağırmalı, vəziyyətə qərəzsiz baxmalıdır. Avropa Birliyi, Fransa, Almaniya isə sadəcə İrəvanın lobbiçiləridir. Avropa Siyasi Birliyinin sammiti layihəsinin təşəbbüskarı olan Makrona gəlincə, Bakı sadəcə olaraq imtinası ilə onu hamının gözü qarşısında əzdi”, – A.Razuvayev bildirib.

A.Razuvayev qeyd edib ki, Qranadada keçiriləcək görüşdə təzyiq olacaqdı: “Bakı təzyiqlərə boyun əyməzdi. Onda bütün bunları dinləməyin nə mənası var idi? Ermənistandan fərqli olaraq Azərbaycan suveren ölkədir. Bakı bunu bir daha əyani şəkildə nümayiş etdirdi. İlham Əliyev isə daha bir mərhələdə tarixi qələbə qazandı. Hazırda dünya yenidən formatlaşdırılır və əvvəllər hamı Avropaya və ABŞ-yə nəsə deməkdən qorxurdu. Azərbaycan artıq heç kimdən qorxmur. Azərbaycanın Avropaya enerji nəqlinin vacibliyini nəzərə alan Qərb Bakıya qarşı kəskin addımlar və ya real sanksiyalar tətbiq etməyəcək. Burada da Azərbaycan qalib gəldi. Bakı enerji bazarındakı mövqeyini tamamilə adekvat qiymətləndirdi. Onun ərazi bütövlüyünün bərpası qlobal miqyasda tarixi hadisədir. Supergüclər belə bəzən buna nail ola bilmirlər”.

Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı kimə qarşı yönələcək? - AKTUAL GÜNDƏM

Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı kimə qarşı yönələcək? - AKTUAL GÜNDƏM

Siyasət
07 avqust 2026 314 baxış
Ceyhun Bayramovun Ukraynaya səfərində əsas məqsəd nə idi? - Baku TV

Ceyhun Bayramovun Ukraynaya səfərində əsas məqsəd nə idi? - Baku TV

Siyasət
07 avqust 2026 314 baxış
Hörmüz məsələsi gündəmdən düşmür | Trampdan açıqlama | Qəzzada yeni həyat - YENİ BİR SƏHƏR

Hörmüz məsələsi gündəmdən düşmür | Trampdan açıqlama | Qəzzada yeni həyat - YENİ BİR SƏHƏR

Siyasət
07 avqust 2026 314 baxış
Zelenski Ukrayna xalqı ilə həmrəyliyə görə Azərbaycana minnətdarlığını bildirdi - Baku TV

Zelenski Ukrayna xalqı ilə həmrəyliyə görə Azərbaycana minnətdarlığını bildirdi - Baku TV

Siyasət
07 avqust 2026 314 baxış
Bərpa olunan lisey və poliklinika | Azərbaycanın humanitar yardım töhfəsi - Baku TV

Bərpa olunan lisey və poliklinika | Azərbaycanın humanitar yardım töhfəsi - Baku TV

Siyasət
07 avqust 2026 314 baxış
Azərbaycanın mövqeyi Ukrayna tərəfindən yüksək dəyərləndirildi - Baku TV

Azərbaycanın mövqeyi Ukrayna tərəfindən yüksək dəyərləndirildi - Baku TV

Siyasət
06 avqust 2026 314 baxış
Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV

Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV

Siyasət
06 avqust 2026 314 baxış
"Münasibətlər daha da inkişaf edib" | İki ölkə arasında əlaqələr güclənir - Baku TV

"Münasibətlər daha da inkişaf edib" | İki ölkə arasında əlaqələr güclənir - Baku TV

Siyasət
06 avqust 2026 314 baxış
Azərbaycan xarici işlər naziri Kiyevdə bir sıra görüşlər keçirir - Baku TV

Azərbaycan xarici işlər naziri Kiyevdə bir sıra görüşlər keçirir - Baku TV

Siyasət
06 avqust 2026 314 baxış
Vardanyanın qaranlıq keçmişi | Risklərdən yazan Taleb özü niyə riskə getdi? - Baku TV

Vardanyanın qaranlıq keçmişi | Risklərdən yazan Taleb özü niyə riskə getdi? - Baku TV

Siyasət
06 avqust 2026 314 baxış
Seçilmişlər
icon