Pleyeri seçin:

Savaşın deyil, sülhün alovu: Azərbaycan qazı Suriyada | GLOBAL PANORAMA

16 avqust 2025 902 baxış

“Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.

Bu dəfə Azərbaycan qazının Türkiyənin cənubundakı Kilis vilayəti vasitəsilə Suriyaya nəql olunmasından bəhs olunub.

Bildirilib ki, ilkin mərhələdə ildə 1,2 milyard kubmetr qazın nəqli nəzərdə tutulur ki, bu da təxminən 5 milyon evin elektrik təminatına bərabərdir.

Vurğulanıb ki, layihə yalnız enerji ixracı deyil, həm də regionda yeni geosiyasi nizamın formalaşmasına işarədir. Azərbaycanın enerji diplomatiyası artıq Xəzərdən Avropaya deyil, eyni zamanda Yaxın Şərqə də uzanır.

Diqqətə çatdırılıb ki, Suriya uzun illərdir Rusiya və İranın təsir dairəsində olan bir dövlətdir. Bu iki ölkənin əsas enerji oyunçusu kimi çıxış etməsi fonunda Azərbaycanın regiona daxil olması yeni bir dinamika yaradır. Qərb üçün isə bu addım həm alternativ enerji mənbələrinin şaxələndirilməsi, həm də Moskva və Tehranın təsirinin azaldılması baxımından əhəmiyyət daşıyır.

Qeyd olunub ki, rəsmi müqavilələr Ankarada, texniki işlər Kilisdə, borular Hələbdə olsa da, bu layihəyə “yaşıl işıq” Xankəndidə yanıb. Qarabağın ürəyində Azərbaycan və Türkiyə prezidentlərinin birgə keçirdiyi görüşdən sonra sözügedən enerji körpüsünün taleyi həll olunub. Bu isə Azərbaycanın artan siyasi iradəsinin və Türkiyə ilə sinxron güc birliyinin göstəricisidir.

Banner
Mehriban Əliyeva və No Fon Li Hanoyda İrs Evində olublar - Baku TV

Mehriban Əliyeva və No Fon Li Hanoyda İrs Evində olublar - Baku TV

Siyasət
21 noyabr 2026 902 baxış
Hanoyda Prezident və birinci xanımın şərəfinə rəsmi nahar verildi - Baku TV

Hanoyda Prezident və birinci xanımın şərəfinə rəsmi nahar verildi - Baku TV

Siyasət
21 noyabr 2026 902 baxış
Hanoyda İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verildi - Baku TV CANLI

Hanoyda İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verildi - Baku TV CANLI

Siyasət
21 noyabr 2026 902 baxış
Azərbaycan və Vyetnam arasında imzalanan sənədlər mübadilə olundu - Baku TV

Azərbaycan və Vyetnam arasında imzalanan sənədlər mübadilə olundu - Baku TV

Siyasət
21 noyabr 2026 902 baxış
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu | Nələr müzakirə edildi? - Baku TV

İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
21 noyabr 2026 902 baxış
Vyetnamın dövlət başçısı Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Vyetnamın dövlət başçısı Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Siyasət
21 noyabr 2026 902 baxış
Sülhün açarı Bakı və İrəvandadır? | Rusiya rəsmisindən açıqlama - Baku TV

Sülhün açarı Bakı və İrəvandadır? | Rusiya rəsmisindən açıqlama - Baku TV

Siyasət
21 noyabr 2026 902 baxış
BTQ-nin saytı və hesabları hədəfdə | Rəqəmsal hücumların arxasında kimlər var? - Baku TV

BTQ-nin saytı və hesabları hədəfdə | Rəqəmsal hücumların arxasında kimlər var? - Baku TV

Siyasət
21 noyabr 2026 902 baxış
Elektron hökumət üzrə qlobal reytinqdə Azərbaycan 36 pillə irəliləyib - Baku TV

Elektron hökumət üzrə qlobal reytinqdə Azərbaycan 36 pillə irəliləyib - Baku TV

Siyasət
20 noyabr 2026 902 baxış
Ölkəmiz rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci olub

Ölkəmiz rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci olub

Siyasət
20 noyabr 2026 902 baxış
Seçilmişlər
icon