Sülhməramlılardan ermənilərə Azərbaycanın yardımı ilə bağlı təklif
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya sülhməramlı qüvvələri Bakıdan göndərilən 40 ton unun Xankəndiyə buraxılmasını təklif edib.
Lakin Qarabağdakı erməni quldurları onların bu təklifini qəbul etməyib. Bu barədə Qarabağdakı separatçıların liderlərindən David İşxanyan keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Bakıdan göndərilən humanitar yükün Xankəndiyə buraxılması məsələsi Rusiya sülhməramlılarının komandanlığı ilə müzakirə olunub, lakin danışıqlar nəticə verməyib.
Eyni zamanda D.İşxanyan Rusiya sülhməramlı kontingentinin yeni komandanının Qarabağa yeni gəldiyini və bu səbəbdən də vəziyyətlə yaxından tanış olmadığını bildirib.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli vətəndaşlar üçün 40 ton un göndərilib. Hazırda unla yüklənmiş avtomobillər Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir.
#Qarabağ teqi istifadə olunub
- “Ermənilər bilsəydi, çoxdan dağıtmışdı” | Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var?
- Türkiyə öz təcrübəsini bölüşərək Qarabağın dirçəldilməsində fəal iştirak edəcək - Baku TV
- “Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada
- "Birdir bizim hər halımız..." | Qarabağda Ərdoğandan dünyaya mesaj - Baku TV
- "Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır" | Prezident
