Pleyeri seçin:

Zahid Orucun Milli Məclisdə İlham Əliyevla bağlı çıxışı

12 oktyabr 2023 451 baxış

“Prezident İlham Əliyev nəinki Ulu Öndər Heydər Əliyevin siyasi irsini mexaniki təkrarlamadı, üstəlik, rəngli inqilablar, qlobal təhlükələr dövründə onu daha da zənginləşdirdi, bəzən önə keçdi və 17 illik parlaq idarəçiliyi Zəfərə qovuşdurdu”.

Bunu deputat Zahid Oruc parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 300 ildə xalqımıza bəlalar gətirən yad ideologiyalar, baxışlar, dövlətlərarası sövdələşmələr, informasiya müharibələri və qlobal siyasi kampaniyalar onun müqavimət gücü ilə sonda iflasa uğradı:

“Tarixi düzgün oxumaq, bir çox şərqli rəhbərlər kimi keçmişə hissi-emosional deyil, rasional yanaşmaq – Pənahəli xandan Rəsulzadəyə, Nərimanovdan, Bağırovdan, Elçibəydən Ulu Öndər Heydər Əliyevə qədər müxtəlif formasiya və ideologiyalarda xalqımıza rəhbərlik edən şəxslərin yarımçıq qalan ideallarını gerçəkləşdirən İlham Əliyev əsrlərin lideri oldu. İlham Əliyev 44 günlük müharibədə qazanılan parlaq Zəfərlə milyonlarla azərbaycanlını 20 faizlik natamamlıqdan xilas etdi, bütöv vətəndaşla yeni – 4-cü Respublikanı qurdu”.

Deputat əlavə edib ki, 8 noyabr Zəfər və 20 sentyabr “Bütövlük günü” 4-cü Respublikanın təvəllüd tarixidir:

“İndi fərqli siyasi təqvim – sülh erası başlayır. Əsrlərdir axan qan və göz yaşları, nəhayət, durur və yeni ədalətli dünya nizamının əsası Qafqazda qoyulur. Rusiya-Ukrayna savaşına, yaxud böyük siyasi qəzaya çevrilən Qəzzadakı qanlı toqquşmalara son qoyulması üçün adil vasitəçiliyi haqq edən də İlham Əliyevdir. Yaxın Şərqdə savaşın şiddət və amansızlığı qələbəmizin əzəmətini, Azərbaycanın müharibəni ləyaqətlə apardığını və yeni hərbi qanunlar yazanlar üçün əsl Bakı Konvensiyasını dünyaya nümayiş etdirir".

Banner
Mehriban Əliyeva və No Fon Li Hanoyda İrs Evində olublar - Baku TV

Mehriban Əliyeva və No Fon Li Hanoyda İrs Evində olublar - Baku TV

Siyasət
21 noyabr 2026 451 baxış
Hanoyda Prezident və birinci xanımın şərəfinə rəsmi nahar verildi - Baku TV

Hanoyda Prezident və birinci xanımın şərəfinə rəsmi nahar verildi - Baku TV

Siyasət
21 noyabr 2026 451 baxış
Hanoyda İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verildi - Baku TV CANLI

Hanoyda İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verildi - Baku TV CANLI

Siyasət
21 noyabr 2026 451 baxış
Azərbaycan və Vyetnam arasında imzalanan sənədlər mübadilə olundu - Baku TV

Azərbaycan və Vyetnam arasında imzalanan sənədlər mübadilə olundu - Baku TV

Siyasət
21 noyabr 2026 451 baxış
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu | Nələr müzakirə edildi? - Baku TV

İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
21 noyabr 2026 451 baxış
Vyetnamın dövlət başçısı Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Vyetnamın dövlət başçısı Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Siyasət
21 noyabr 2026 451 baxış
Sülhün açarı Bakı və İrəvandadır? | Rusiya rəsmisindən açıqlama - Baku TV

Sülhün açarı Bakı və İrəvandadır? | Rusiya rəsmisindən açıqlama - Baku TV

Siyasət
21 noyabr 2026 451 baxış
BTQ-nin saytı və hesabları hədəfdə | Rəqəmsal hücumların arxasında kimlər var? - Baku TV

BTQ-nin saytı və hesabları hədəfdə | Rəqəmsal hücumların arxasında kimlər var? - Baku TV

Siyasət
21 noyabr 2026 451 baxış
Elektron hökumət üzrə qlobal reytinqdə Azərbaycan 36 pillə irəliləyib - Baku TV

Elektron hökumət üzrə qlobal reytinqdə Azərbaycan 36 pillə irəliləyib - Baku TV

Siyasət
20 noyabr 2026 451 baxış
Ölkəmiz rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci olub

Ölkəmiz rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci olub

Siyasət
20 noyabr 2026 451 baxış
Seçilmişlər
icon