Pleyeri seçin:

Zəngəzur dəhlizi barədə gizli plan | Yayılan xəbərlər yalan çıxdı, yoxsa...?

01 avqust 2025 510 baxış

ABŞ-nin Sünikdən keçəcək yolları (Zəngəzur dəhlizi) autsorsinq təklifi ətrafında qəribə hadisələr baş verir.

Bu barədə “Past” qəzeti məlumat yayıb.

Erməni nəşri xatırladır ki, ötən həftə hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Arman Yeqoyan Ermənistan tərəfinin ABŞ-nin yolun icarəyə verilməsi təklifini qəbul etmədiyini bildirib:

“Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak Vaşinqtonun yolu 100 illik icarəyə götürmək və özəl şirkət vasitəsilə idarə etmək istədiyini açıqlamışdı. Bu da Ermənistan ictimaiyyəti və ekspert dairələrində ciddi müzakirə yaradıb.

A.Yeqoyanın bəyanatı bu ehtimalları dağıtmaq əvəzinə daha ciddi narahatlıq doğurdu və buna görə də hakim partiyanın digər deputatı, parlament sədrinin müavini Ruben Rubinyan Ermənistanın nəinki ABŞ-nin təklifini qəbul etmədiyini, həm də qanunda nəzərdə tutulmayan heç bir təklifi heç vaxt müzakirə etməyəcəklərini iddia etdi.

Erməni tərəfi bu cür iddialarla çıxış edərkən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün səfiri bildirir ki, Türk dünyasının birbaşa rabitəsi üçün dəhlizə ehtiyacı var:

“O yol Zəngəzur dəhlizidir və Azərbaycan qalib tərəf kimi dəhlizin açılmasının zəruriliyini haqlı olaraq bəyan edib”.

Nəhayət, Baş nazirin sözçüsü Nazeli Baqdasaryan deyib ki, Ermənistanda avtomobil yollarının idarə olunması həmişə özəl şirkətlərə həvalə edilib, bu idarəçiliyi kimin hansı keyfiyyətlə həyata keçirməsi başqa məsələdir”.

“Past”ın fikrincə, təkziblərə baxmayaraq, Ermənistan rəsmiləri Zəngəzur dəhlizinə nəzarəti xarici şirkətə (indiki halda ABŞ-yə) təhvil verib və hələlik bunu ictimaiyyətdən gizli saxlamağa çalışır.

23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

Siyasət
20 sentyabr 2026 510 baxış
Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV

Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 510 baxış
Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV

Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV

Siyasət
20 sentyabr 2026 510 baxış
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV

Siyasət
20 sentyabr 2026 510 baxış
XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

Siyasət
20 sentyabr 2026 510 baxış
Azərbaycan dövlətçilik tarixinin ən şanlı günlərindən birini qürurla qeyd edir - Baku TV

Azərbaycan dövlətçilik tarixinin ən şanlı günlərindən birini qürurla qeyd edir - Baku TV

Siyasət
20 sentyabr 2026 510 baxış
30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

Siyasət
19 sentyabr 2026 510 baxış
Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Siyasət
19 sentyabr 2026 510 baxış
ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

Siyasət
19 sentyabr 2026 510 baxış
Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Siyasət
19 sentyabr 2026 510 baxış
Seçilmişlər
icon