Dünya
Pleyeri seçin:

Telegrama əsas təzyiqi kimlər göstərir? - FTB kirayə qaldığım evə gəlib…

17 aprel 2024

“Telegram”ın Rusiya hakimiyyətinin nəzarətində olması barədə məlumat onun yaranma tarixini bilməyən insanlar tərəfindən yayılır.

Bunu “Telegram”ın baş direktoru Pavel Durov amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəsində deyib.

“Bunu “Telegram”ın necə yarandığı barədə çox məhdud məlumatı olan insanlar deyə bilər və bizi gözdən salmaq istəyən rəqiblərimiz bu məlumatı yayanları həvəsləndirə bilər. Çünki “Telegram” meşə yanğını kimi yayılır”, – o bildirib.

Durov ABŞ xüsusi xidmət orqanlarının nəzarəti barədə də danışıb:

“ABŞ-nin harasında olmağımızdan asılı olmayaraq, FTB və təhlükəsizlik xidmətləri bizə həddən artıq diqqət yetirir. Nə vaxt ABŞ-yə getsəm, FTB agentləri məni hava limanında qarşılayır və suallar verirlər. Bir dəfə saat 9:00-da səhər yeməyi yeyirdim və FTB kirayə qaldığım evə gəldi. Onlar bilirdilər ki, mən Rusiyanı tərk etmişəm. Nə etdiyimizi bilirdilər, amma təfərrüatı istəyirdilər. Həm də San-Fransiskoda soyğunçuların hücumuna məruz qaldıqdan sonra ABŞ-də biznes qurmaqdan imtina etdim. Digər ölkələrdən Almaniya, İngiltərə və Sinqapurdan isə bürokratiyaya görə uzaqlaşdım. Ona görə də indi ofisimiz Dubaydadır”.

Durovun sözlərinə görə, “Telegram”a əsl təzyiq hökumətlərdən deyil, “Apple” və “Google”dən gəlir: “Bu iki platforma əslində smartfonunuzda oxuya biləcəyiniz hər şeyə senzura tətbiq edə bilər”.

Bu kontekstdə o, ayfon və androidlərin təhlükəsiz olmadığını vurğulayıb.

Kopyalandı
Londonda dəhşət dolu anlar yaşandı | Xəsarət alanlar var

Londonda dəhşət dolu anlar yaşandı | Xəsarət alanlar var

Dünya
30 aprel 2024
Şavkat Mirziyoyevi təhqir edən şəxsə hökm oxundu

Şavkat Mirziyoyevi təhqir edən şəxsə hökm oxundu

Dünya
30 aprel 2024
Məşhur telejurnalistin qətli ilə bağlı cinayət işi yenidən açıla bilər? | Detallar açıqlandı

Məşhur telejurnalistin qətli ilə bağlı cinayət işi yenidən açıla bilər? | Detallar açıqlandı

Dünya
30 aprel 2024
Baş nazirdən prezidentə sərt sözlər | Gürcüstanda nə baş verir?

Baş nazirdən prezidentə sərt sözlər | Gürcüstanda nə baş verir?

Dünya
30 aprel 2024
Rusiya gizli əməliyyata başlayacaq | Məxfi məlumatlar ortaya çıxır

Rusiya gizli əməliyyata başlayacaq | Məxfi məlumatlar ortaya çıxır

Dünya
30 aprel 2024
Baydenlərin başı bəlaya girdi | Prezidentin oğlunu kim ələ verib?

Baydenlərin başı bəlaya girdi | Prezidentin oğlunu kim ələ verib?

Dünya
30 aprel 2024
Planetimizi təhlükəli partlayış gözləyir? - Amerikalı alim hər şeyi danışdı

Planetimizi təhlükəli partlayış gözləyir? - Amerikalı alim hər şeyi danışdı

Dünya
30 aprel 2024
Əhali buradan təcili uzaqlaşdırılır | Rusiyadakı güclü yanğının təfərrüatları

Əhali buradan təcili uzaqlaşdırılır | Rusiyadakı güclü yanğının təfərrüatları

Dünya
30 aprel 2024
Müharibədən bezən qadının cəsarətli planı | Bombardmanın olduğu yerdən getdi ki...

Müharibədən bezən qadının cəsarətli planı | Bombardmanın olduğu yerdən getdi ki...

Dünya
30 aprel 2024
Selfi qurbanlarının sayı açıqlandı | Hindistanlılar dinc durmur

Selfi qurbanlarının sayı açıqlandı | Hindistanlılar dinc durmur

Dünya
30 aprel 2024
Seçilmişlər
icon