Pleyeri seçin:

108 yaşlı Azərbaycan Ordusunun qurucuları | “Onun etdiyi kəşflərin mühüm əhəmiyyəti var” - Baku TV

26 iyun 2026 402 baxış

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci il iyunun 26-da təsis olunub. Nazirlər Şurasının qərarı ilə ilk milli hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu təsdiq edilib. Bu qərar şərq dünyasında ilk demokratik respublika olan Azərbaycanın öz nizami ordusunu qurması istiqamətində atılan ilk addım idi.

108 yaşlı Ordumuzun formalaşmasında böyük əməyi olan generallarımızdan biri də Əliağa Şıxlinski olub. Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alışanovanın sözlərinə görə, Əliağa Şıxlınski rus artilleriyasının “Allah”ı hesab olunurdu və hərb elminə verdiyi töhfələrlə tarixdə xüsusi yer tutub. Onun hazırladığı “Şıxlinski üçbucağı” və Şıxlinski formulu zabitlərin yetişdirilməsində mühüm rol oynayıb.

O bildirib ki, Əliağa Şıxlinski yalnız hərbi nəzəriyyəçi deyil, həm də böyük ordu qurucusu olub. General ilk dəfə rus-türk dilində hərbi lüğət hazırlayıb və bu lüğət sonradan müxtəlif dillərdə nəşr edilib.

Gülnaz Alışanova qeyd edib ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyini eşidən Əliağa Şıxlinski Rusiyadan Vətənə qayıdaraq ordu quruculuğunda fəal iştirak edib və Səməd bəy Mehmandarovun müavini kimi çalışıb.

Onun sözlərinə görə, Şıxlinskinin hərbə olan sevgisi və bu sahəyə marağı onun ailəsində də davam edib. Belə ki, qardaşı oğlanları Cavad bəy Şıxlinski general-mayor, Rüstəm bəy Şıxlinski isə polkovnik rütbəsinə qədər yüksələrək ordu quruculuğunda böyük xidmətlər göstəriblər.

Gülnaz Alışanova vurğulayıb ki, ulu babalarımızdan miras qalan hərbi istedad və vətənpərvərlik ruhu bu gün də Azərbaycan gənclərində yaşayır.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 402 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 402 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 402 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 402 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 402 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 402 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 402 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 402 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 402 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 402 baxış
Seçilmişlər
icon