Pleyeri seçin:

7 yaşlı Baku TV hansı uğurlara imza atdı?

18 fevral 2025 246 baxış

Fevralın 18-i 2018-ci ildə internet televiziyası olaraq fəaliyyətə başlayan Baku TV qısa müddət ərzində dünyaya səs salmağı bacardı.

7 yaşını qeyd edən kanal ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar, sosial-mədəni xəbərləri təqdim etməklə, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaqla istinad mənbəyi, düzgün xəbərin ünvanı oldu.

Baku TV-ni bütün yerli provayderlər, eləcə də “Azerspace” peyki vasitəsilə Avropa və Asiyada da izləmək mümkündür.

Bu illər ərzində Baku TV izləyicilərinin qaynar xəttimizə ünvanlandığı şikayətlər, eləcə də diqqətimizi çəkən məsələləri işıqlandırmağımız dövlət qurumlarının hərəkətə keçməsinə, problemlərin aradan qaldırılmasına səbəb oldu.

Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin, postmüharibə dövrünün həqiqətlərinin, o cümlədən işğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işlərinin, həyata keçirilən layihələrin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında kanal öz sözünü deyib. Eləcə də 7/24 formatında fasiləsiz çalışan Baku TV bu illər ərzində dövlət əhəmiyyətli tədbirlərin işıqlandırılmasında özünəməxsus rol oynayıb.

Dünyanın 200-ə yaxın ölkəsini bir araya gətirən COP29 kimi mötəbər tədbir çərçivəsində İngiltərədən xüsusi dəvət olunan jurnalistlərin təqdimatında proqram, müxbirilərin konfransda müzakirə edilən məsələlərlə bağlı canlı bağlantıları və eksklüziv müsahibələri peşəkar Baku TV kollektivinin gərgin əməyinin bariz nümunəsidir.

Bu gün Baku TV-nin Amerika, Ukrayna və Gürcüstanda da büroları var. Kanal Azərbaycan, rus, erməni, ingilis və fransız dillərində xəbərlər təqdim edir.

Bununla yanaşı, media sahəsində peşəkar kadrlar yetişdirmək məqsədilə “Baku TV Rəqəmsal Media Məktəbi” də fəaliyyət göstərir.

Kopyalandı
"Bizim üçün çətin idi" | İmtahan sualları abituriyentlərə nə qədər çətinlik yaratdı? - Baku TV

"Bizim üçün çətin idi" | İmtahan sualları abituriyentlərə nə qədər çətinlik yaratdı? - Baku TV

Cəmiyyət
12 mart 2026 246 baxış
Azyaşlıları açıq-saçıq geyimdə reklam etmək trendi | Bu, qanunla necə tənzimlənir? - Baku TV

Azyaşlıları açıq-saçıq geyimdə reklam etmək trendi | Bu, qanunla necə tənzimlənir? - Baku TV

Cəmiyyət
12 mart 2026 246 baxış
Paket çörəklərlə bağlı nələri bilmirik? | Ekspertlərdən açıqlama

Paket çörəklərlə bağlı nələri bilmirik? | Ekspertlərdən açıqlama

Cəmiyyət
11 mart 2026 246 baxış
Azad Mirzəcanzadə inkişaf proqramının növbəti qalibləri elan olunub - Baku TV

Azad Mirzəcanzadə inkişaf proqramının növbəti qalibləri elan olunub - Baku TV

Cəmiyyət
11 mart 2026 246 baxış
"İnsan anlamadığı dildə necə dua edə bilər?!" - Namazı hansı şəkildə qılmaq olar? - AMİN

"İnsan anlamadığı dildə necə dua edə bilər?!" - Namazı hansı şəkildə qılmaq olar? - AMİN

Cəmiyyət
11 mart 2026 246 baxış
Ramazan ayının 22-ci gününün duası - Baku TV

Ramazan ayının 22-ci gününün duası - Baku TV

Cəmiyyət
11 mart 2026 246 baxış
Qubanın hansı kəndlərinin adının dəyişdirilməsi təklif edilir? - Baku TV

Qubanın hansı kəndlərinin adının dəyişdirilməsi təklif edilir? - Baku TV

Cəmiyyət
11 mart 2026 246 baxış
Vətəndaşlara vacib xəbərdarlıq | Gərginlik artır, səfərlər təxirə salınır! - Baku TV

Vətəndaşlara vacib xəbərdarlıq | Gərginlik artır, səfərlər təxirə salınır! - Baku TV

Cəmiyyət
11 mart 2026 246 baxış
"Ancaq qəbiristanlıqda sakitlik olur..." - "AzDrama"da qalmaqallarla bağlı suala cavab" - Baku TV

"Ancaq qəbiristanlıqda sakitlik olur..." - "AzDrama"da qalmaqallarla bağlı suala cavab" - Baku TV

Cəmiyyət
11 mart 2026 246 baxış
"Düzəltmirlər, baxmırlar!" - Bağçada böyük təhlükə | "Belə olsa, qoymayacağam..." - Baku TV

"Düzəltmirlər, baxmırlar!" - Bağçada böyük təhlükə | "Belə olsa, qoymayacağam..." - Baku TV

Cəmiyyət
11 mart 2026 246 baxış
Seçilmişlər
icon