Pleyeri seçin:
Acınacaqlı vəziyyətdə saxlanılan heyvanlar xilas oldu
Abşeron rayonu, Novxanı qəsəbəsində fəaliyyət göstərən istirahət mərkəzlərindən birində heyvanların qəfəsdə və əlverişsiz şəraitdə saxlanılması ilə bağlı Baku TV-nin yayımladığı videomaterialdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi hərəkətə keçib.
Nazirlikdən bildirilib ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, həmçinin Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları məsələni yerində araşdırıb. Araşdırma zamanı fakt öz təsdiqini tapıb.
Qeyd edilib ki, sahibkara 2000 manat civarında cərimə tətbiq olunub. Həmin heyvanlar istirahət mərkəzindən müsadirə olunaraq baytar müşayiətində təbiətə buraxılıb.
Həmçinin bildirilib ki, belə hallar olduğu təqdirdə sahibkar ETSN-dən zooloji kolleksiyaya dair şəhadətnamə əldə etməlidir.
Kopyalandı
#Novxanı qəsəbəsi teqi istifadə olunub
- Yerin altında görün nə gizlədirmiş | Novxanıdakı əməliyyatdan anbaan görüntülər - Baku TV
- "Stalin də burada olub" | Bu daşa mismar vuranın arzusu gerçək olur? - Sirli məkan- Baku TV
- Abşeronda dəhşətə gətirən hadisə | Sakinlər hər şeyi danışdı - Baku TV
- Bakının ən çox istifadə olunan yollarından biri qorxu mənbəyinə çevrilib - 24 SAAT
- “Yolun hər 2 tərəfində bir qadını..." - Sakinlər özündən çıxdı - "Ölüm yolu"nda dəhşət - Baku TV
