Pleyeri seçin:

Avtomobilləri qadağan edilmiş yerlərdə saxlayan sürücülərə müraciət

28 iyul 2023 481 baxış

“Yaxınlıqda yeraltı və ya yerüstü dayanacaqlar olmasına baxmayaraq, bəzi sürücülər avtomobillərini yolun hərəkət hissəsində, eləcə də dayanma və durmanı qadağan edən nişanın təsir zonasında park edirlər.

Yollarda sıxlığın yaranmasına səbəb olan növbəti amillərin araşdırılması zamanı məlum olub ki, bir çox sürücülər nəqliyyat vasitələrini dayanacaqlarda park etmək əvəzinə, nədənsə yolun hərəkət hissəsində, xüsusilə də dayanma və durmanın qadağan edildiyi yerlərdə saxlamağa üstünlük verirlər”.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumatda həmçinin deyilir: “Məsələn, Nəsimi rayonu ərazisində, “Qış parkı”nın altında Bakının ən böyük yeraltı dayanacaqlarından biri olmasına baxmayaraq, bəzi sürücülər avtomobillərini Füzuli küçəsində, yolun hərəkət hissəsində park edirlər.

Nizami rayonu, Qara Qarayev prospekti, “8-ci kilometr” bazarının yaxınlığında çoxmərtəbəli dayanacaq olmasına baxmayaraq, sürücülərin bir çoxu nəqliyyat vasitələrini dayanacaqda deyil, yolun hərəkət hissəsində saxlayırlar.

Metronun “28 may” və “Koroğlu” stansiyalarının yaxınlığında, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində yerləşən ticarət mərkəzinin qarşısında və bu kimi digər yerlərdə dayanacaqlar mövcuddur, lakin sürücülər yol hərəkəti qaydalarına əməl etmirlər.

Göründüyü kimi, bəzi sürücülərin məsuliyyətsizliyi, nəqliyyat vasitələrini parklanma üçün müəyyən edilmiş yerlərdə saxlamaması səbəbindən paytaxtın bir sıra ərazilərində sıxlıq yaranır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən göstərilənləri nəzərə almağı, yeraltı və yerüstü dayanacaqlardan istifadə etməyi xahiş edir”.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 481 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 481 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 481 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 481 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 481 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 481 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 481 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 481 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 481 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 481 baxış
Seçilmişlər
icon