Pleyeri seçin:

Azərbaycanda din dövləti qurmaq istəyənlər saxlanıldı

16 may 2023 433 baxış

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə əməliyyat keçirib.

İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşının Respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi gizli fəaliyyət planı hazırlayıblar.

Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “WhatsApp”, “Telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb. Bundan başqa, R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər.

Bu məqsədlə o, odlu silah əldə etmək və “Molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib. Əməliyyat zamanı “Qisas 313” qrupunun 7 üzvü – Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev, eləcə də qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər.

Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Gözləmə müddəti problemli kreditlərin sayını azalda bilərmi?

Gözləmə müddəti problemli kreditlərin sayını azalda bilərmi?

Cəmiyyət
01 oktyabr 2026 433 baxış
Din və müasirlik bir-birinə ziddir? - Sosial şəbəkələr alimləri niyə qorxudur? - AMİN

Din və müasirlik bir-birinə ziddir? - Sosial şəbəkələr alimləri niyə qorxudur? - AMİN

Cəmiyyət
01 oktyabr 2026 433 baxış
Telefon və internet sizi necə cinayətkarların hədəfinə çevirə bilər? - Baku TV

Telefon və internet sizi necə cinayətkarların hədəfinə çevirə bilər? - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 433 baxış
Yeni qərar problemli kreditlərin qarşısını almağa kömək edə biləcək? - Baku TV

Yeni qərar problemli kreditlərin qarşısını almağa kömək edə biləcək? - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 433 baxış
Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir

Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir

Cəmiyyət
01 oktyabr 2026 433 baxış
"İkisini bir gündə sürəsi deyiləm ki!" | Minmədiyi maşınlara görə sakin necə cərimələnib? - Baku TV

"İkisini bir gündə sürəsi deyiləm ki!" | Minmədiyi maşınlara görə sakin necə cərimələnib? - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 433 baxış
“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 433 baxış
Mövsüm dəyişəndə saç tökülməsinin artması nə ilə bağlı ola bilər?

Mövsüm dəyişəndə saç tökülməsinin artması nə ilə bağlı ola bilər?

Cəmiyyət
01 oktyabr 2026 433 baxış
"İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV

"İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 433 baxış
"İlk dəfə gələndə ağladım ki..." | Bakıdan Şamaxıya işləməyə gedən Fatimə müəllim - Baku TV

"İlk dəfə gələndə ağladım ki..." | Bakıdan Şamaxıya işləməyə gedən Fatimə müəllim - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 433 baxış
Seçilmişlər
icon