Azərbaycanda Türkiyə modeli üzrə komandolar hazırlanır
Yeniliklərdən dərhal xəbərdar olun
Komando Dağ Təlim Mərkəzində Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kurs kursantlarının iştirak etdiyi “Komando başlanğıc kursu” davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi institutun kursantları sıra və fiziki hazırlıqdan müxtəlif normativləri icra edir, təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, eləcə də şərti düşmən hədəflərinin aşkar olunaraq atəşlə məhv edilməsi vərdişlərini təkmilləşdirirlər.
Həmçinin çöl çıxışında kursa cəlb olunan heyətə yaşayış məntəqələrindəki döyüş şəhərciyində müasir döyüş üsulları, dağçılıq və digər fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq etdirilir.
Peşəkar zabit kadrlarının hazırlanması məqsədilə Türkiyə modelinin tətbiq edilməsi ilə keçirilən komando hazırlığı kursunda əsas diqqət kursantların nəzəri biliklərinin və səhra vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
