Bakıdakı qandonduran qətlin təfərrüatı | 40 yaşlı kişinin dəhşətli sonu
Bakıda 40 yaşlı kişinin avtomobilində bıçaqlanaraq öldürülməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
30 dekabr 2023-cü il saat 23:00 radələrində Cavadxan küçəsindəki avtomobildə Zamiq Cabbarovun bıçaqla qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə 2002-ci il təvəllüdlü Elvin Əsədov məhkum edilib.
Araşdırmalara görə, Elvin Əsədov anasının müalicəsi üçün Zamiq Cabbarovdan aylıq 20 faiz şərti ilə 2500 manat borc alıb, lakin daha sonra ödəyə bilməyib. Cabbarovun təhqiredici ifadələrindən sonra Əsədov qisas almaq məqsədilə onu bıçaqlayaraq öldürüb və ertəsi gün Ağcabədi Rayon Polis Şöbəsinə təslim olub.
Məhkəmə istintaqında Elvin Əsədov özünü qismən təqsirli bilib. Əməlini anasının təhqir olunmasına qarşı emosional reaksiya ilə əsaslandırıb. Müdafiə tərəfi cinayətin tamah niyyəti ilə törədilmədiyini sübuta yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsi əvvəlcə ona 12 il azadlıqdan məhrumetmə cəzası versə də, Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirərək cəzanı 14 ilə qədər artırıb və cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsinə qərar verib.
#Qətl hadisəsi teqi istifadə olunub
- Ramanada evə gec gələn oğul qətl törətdi | Cinayətkar polis tərəfindən saxlanıldı - Baku TV
- Təqsirləndirilən hakim qarşısına çıxarılıb
- Qardaşını öldürən şəxs məhkəmədə nələri etiraf etdi? - Baku TV
- Tanışını bıçaqlayıb qaçmaq istədi, maşın vurdu | Cinayətkar məhkəmədə dindirildi - Baku TV
- İş yerindəki mübahisə faciəyə səbəb oldu | Qətl törədən cinayətkara hökm oxundu - Baku TV
