Pleyeri seçin:

“Baldızın nə ixtiyarı var ki, gəlinin evini yıxsın?” | Novxanı sakini | “İndi qadın olmaq asandır”

31 iyul 2026 399 baxış

“O vaxtlar” verilişinin budəfəki qonağı Novxanı sakini Lalə Abuzərova olub.

Ailə qurmasından danışan Lalə Abuzərova bildirib ki, əvvəlcə həyat yoldaşını bəyənməsə də, ailəsinin təkidi ilə bu evliliyə razı olub və sonradan bu qərardan heç vaxt peşman olmayıb:

“Nə yaxşı ki, məni zorla ərə veriblər. O vaxt nənəmin dediklərinin nə qədər doğru olduğunu sonradan başa düşdüm. Ailə qurandan sonra gördüm ki, həyat yoldaşım ailəsinə sədaqətli, etibarlı insandır”.

Qayınana-gəlin münasibətlərinə toxunan Lalə Abuzərova qeyd edib ki, valideynlər gənc ailələrin şəxsi həyatına müdaxilə etməməlidirlər.

Onun sözlərinə görə, ailələrin dağılmasının əsas səbəblərindən biri də yaxın qohumların münasibətlərə qarışmasıdır:

“Baldızın nə ixtiyarı var ki, gəlinin evini yıxsın? Heç kimin gənc ailənin işinə qarışmağa haqqı yoxdur. Ana-ata da buna imkan verməməlidir”.

Novxanı sakini keçmişlə müqayisədə bu gün qadınların daha rahat həyat sürdüyünü də vurğulayıb:

“İndi qadın olmaq asandır. Bizim dövrümüzün öz qaydaları var idi, qadınlar da onlara uyğun yaşayırdılar. İndi isə zaman dəyişib. Gənclərin həyatına qarışmaq, onlara qadağalar qoymaq düzgün deyil”.

O, keçmişdə ailə dəyərlərinin daha sərt qorunduğunu xatırladaraq bildirib ki, hətta bəzi ailələrdə həbsdə olan kişinin həyat yoldaşının ata evinə getməsinə də icazə verilmirdi:

“Əri türmədə olan gəlinin ata evində nə işi var?” deyirdilər. O dövrün belə sərt qaydaları var idi”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 399 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 399 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 399 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 399 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 399 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 399 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 399 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 399 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 399 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 399 baxış
Seçilmişlər
icon