Pleyeri seçin:

"Atamın qabağında onu qucağıma götürməmişəm" | Maştağa sakini | "Ona görə gec evləndim" - O VAXTLAR

07 avqust 2026 314 baxış

“O vaxtlar” verilişinin budəfəki qonağı Maştağa sakini Mehdi Hüseynov olub.

Keçmişdəki ailə, dostluq və qonşuluq münasibətlərindən danışan Mehdi Hüseynovun sözlərinə görə, uşaqlıq illərində böyüklərə hörmət, qonaqpərvərlik və insanlara kömək etmək kimi dəyərlər xüsusi əhəmiyyət daşıyıb.

Maştağa sakini bildirib ki, atasının yanında öz övladını qucağına belə götürməyib:

“Mən uşağı atamın qabağında qucağıma götürməmişəm. O vaxt belə bir adət var idi. Bu gün də həmin adətlər müəyyən yerlərdə qorunub saxlanılır, amma hər yerdə yox. Demək olar ki, bəziləri artıq itmək üzrədir”.

Mehdi Hüseynov bu ənənələrin onun həyatına da təsir etdiyini və məhz buna görə gec evləndiyini bildirib:

“Mən həmişə özümdən böyüklərlə oturub-durmuşam. Beş dənə yaxşı söz öyrənəndə, bir dənə pis söz eşidəndə o beş yaxşı sözü onlardan götürmüşəm. Ona görə də bir az gec evlənmək qərarına gəldim”.

Mehdi Hüseynov ailədə böyüklərin rolunun vacib olduğunu vurğulayaraq valideynlərin qocalar evinə yerləşdirilməsinə etiraz edib:

“Göydə Allah, yerdə valideyn. Mən başa düşə bilmirəm ki, bu gün atanı necə aparıb qocalar evinə qoymaq olar. Bu nə qədər düzdür? Kim gedəndə özü ilə ev-eşik aparıb? O sənin üçün ev tikib, səni evləndirib, oxudub”.

O, atasının xəstəxanada olduğu vaxt yaşadığı ağır günləri də xatırlayıb:

“Atamı 2002-ci ildə xəstəxanaya apardılar. On gün orada gecə-gündüz əmimlə maşında yatdım. Yaxınlarım, dostlarım gəlirdilər, lazım olan hər şeyi gətirirdilər. Mən oradan tərpənmirdim”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 314 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 314 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 314 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 314 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 314 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 314 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 314 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 314 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 314 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 314 baxış
Seçilmişlər
icon