Pleyeri seçin:

Bayıl türməsinin yetirməsi, Stalin dövrünün sirli siyasətçisi Serqo Orconikidze - ARAŞDIRMA

12 mart 2025 603 baxış

Qriqori Orconikidze 1886-cı ildə Gürcüstanda, Kutaisinin Qoreşa kəndində anadan olub. İki illik təhsildən sonra qohumları onu Tiflisə aparır və o, 1901-1905-ci illərdə feldşer məktəbini bitirir.

Həmin illərdən inqilabi fəaliyyətlə məşğul olmağa başlayan Qriqori Orconikidze zaman keçdikcə “Serqo”ya çevrilir.

Serqo Orconikidze ilə Stalin, o dövrdəki ləqəbi ilə “Koba” 1907-ci ildə inqilabçılar şəhəri Bakıda, Bayıl türməsində, 3 nömrəli kamerada tanış olublar və aralarında sıx dostluq münasibəti yaranıb. Hətta Stalin hakimiyyətdə olduğu vaxtlarda onlar bir-birinə “sən” deyə müraciət ediblər.

Dostluq münasibətləri o qədər yaxın olub ki, Stalinin həyat yoldaşı Nadejda Alliluyeva intihar edən gecə Orconikidze və Kirov səhərə qədər Stalinin mənzilində qalıblar.

1917-ci il inqilabında yaxından iştirak edən Orconikidze Ermənistan və Gürcüstanda sovet hakimiyyətinin qurucularından olub.

1922-ci ildə Serqo Orconikidze Zaqafqaziya Diyar Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edilir. O, 1926-cı ilə qədər bu vəzifədə çalışır. Orconikidze SSRİ-nin yaradılması işində Leninin ən yaxın silahdaşlarından olub. Xüsusilə də Zaqafqaziyada sovet hökumətinin qurulmasında əsas fiqurlardan biri sayılıb.

20 oktyabr 1922-ci ildə Tiflisdə keçirilən iclasda Mərkəzi Komitənin üzvü Kabaxidze Orconikidzeni təhqir edərək onu Stalinin eşşəyi adlandırır. Bu ifadəyə Orconikidze onu şillələməklə cavab verib. İnsident haqqında Leninə məlumat verilir. Lenin Orconikidzeni əl qaldırmağına görə ciddi cəzalandırmaq istəsə də, Stalin bunun qarşısını alır.

Məsələnin araşdırılması “Dəmir Feliks ləqəbli Dzerjiniskiyə” həvalə olunur və o, Stalinin göstərişi ilə məsələni Orconikidzenin xeyrinə həll edir. Orconikidze 1932-ci ildə SSRİ-də yeni yaradılan Ağır Sənaye Komissarlığına komissar təyin olunub.

Araşdırmaçıların qənaətinə görə, SSRİ-də iqtisadiyyatın inkişafında Orconikidze müstəsna xidmətlər göstərib. Maşınqayırmada, aviasiya sənayesində, yeni zavodların inşası və istismara verilməsində Orconikidzenin gərgin əməyi sayəsində SSRİ-də ən yüksək göstəricilər əldə olunub.

Stalinin çox yaxın adamı olan Orconikidze son illər onun köhnə bolşevikləri “aradan götürməsi” ilə razılaşmırdı və bəzən ona qarşı çıxırdı. Ona görə də onun ölümü indiyə qədər müəmmalı qalır. Rəsmi olaraq infaktdan öldüyü bildirilsə də, digər bir versiyaya görə, Serqo intihar etmişdi.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 603 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 603 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 603 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 603 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 603 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 603 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 603 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 603 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 603 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 603 baxış
Seçilmişlər
icon