BDYPİ valideyn və məzunlara səsləndi | “Son zəng” barədə çağırış edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsi “Son zəng”lə bağlı xəbardarlıq edib.
Bu barədə idarədən məlumat verilib.
Bildirilib ki, bu gün ümumtəhsil müəssisələrində keçirilən “Son zəng” tədbirləri ilə əlaqədar yol polisi əməkdaşları ölkə üzrə gücləndirilmiş iş rejimində xidmət aparır, hərəkət iştirakçılarının təhlükəsizliyinə ciddi nəzarət olunur.
“Təəssüf ki, əvvəlki illərin təcrübəsi göstərir ki, bəzən məzunlar ailə üzvlərinə məxsus avtomobillərin sükanı arxasına keçərək həm özləri, həm də digərləri üçün təhlükə yaradır. Belə hallar yalnız qanun pozuntusu deyil, eyni zamanda həyat və sağlamlıq üçün ciddi riskdir.
Bu xüsusda valideynlərə və məzunlara bir daha xatırladırıq: nəqliyyat vasitələrinin sürücülük hüququna malik şəxslər tərəfindən idarə olunması qanunvericiliyin tələbidir və bu qaydaya əməl edilməsi hər bir kəsin həm hüquqi, həm də mənəvi məsuliyyətidir.
Baş Dövlət Yol Polisi İdarəsi “Son zəng” tədbirləri ilə bağlı bir daha xəbərdarlıq edir ki, sürücülük hüququ olmayan şəxsin nəqliyyat vasitəsi idarə etməsi inzibati məsuliyyət yaradır, belə hallara şərait yaratmaq yolverilməz və məsuliyyətsiz davranışdır, səs-küylü, təhlükəli, cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən hərəkətlərə qarşı nəzarət daha da gücləndiriləcək.
Bu əlamətdar gün münasibətilə bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək həyat yollarında uğurlar arzulayırıq.
Tövsiyələrə əməl edək ki, bir günün ehtiyatsızlığı bir ömür peşmanlığına çevrilməsin!”, – məlumatda deyilir.
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- Narkotik vasitənin təsiri altında avtobusu idarə etdi, sonra isə... - Baku TV CANLI
- DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI
- Sürücülərə xəbərdarlıq | Həftəsonu səfər planlaşdıranlar niyə ehtiyatlı olmalıdır? - Baku TV
- DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR
- Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI
