Pleyeri seçin:

Bu ərazilərdən torpaq almaq üçün pulunuz başınızdan aşmalıdır - Baku TV

02 iyul 2026 333 baxış

Bakıda qiyməti on milyonlarla manat olan torpaq sahələri satışa çıxarılıb.

Elan saytlarına nəzər saldıqda məlum olur ki, Bilgəh qəsəbəsində sahəsi 39 hektar olan torpaq 58,5 milyon manata, “Ulduz” stansiyasının yaxınlığında yerləşən 300 sot torpaq sahəsi 40 milyon manata təklif edilir. “Dərnəgül” stansiyasından çox da uzaq olmayan ərazidə yerləşən 350 sot torpaq isə 38 milyon manata satışa çıxarılıb.

Torpaq sahəsinin bir sotuna görə ən yüksək qiymət isə “İçərişəhər” stansiyasına yaxın ərazidə qeydə alınıb. Burada 2,2 sotdan ibarət torpaq sahəsinin bir sotunun qiyməti təxminən 1 milyon manatdır. Qiymətə görə növbəti yerlərdə Badamdar qəsəbəsi, “28 May” və “Xətai” stansiyalarına yaxın ərazilər qərarlaşıb.

Maraqlıdır, bəs bu qiymətlər necə müəyyən edilir? Əsas amil Bakıda tikintiyə yararlı boş torpaq sahələrinin olduqca məhdud olmasıdır. Bu isə qiymətlərə birbaşa təsir göstərir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc da eyni fikirdədir:

“Bu qiymət artımı təbii və davamlı tendensiyadır. Təhlil etsək görərik ki, yaxın keçmişdə də torpaq sahələrinin qiyməti daim artıb və bu gün də artmaqda davam edir. Torpaq uzunmüddətli investisiya cazibədarlığı ilə seçilir. İnvestorlar adətən torpaq sahəsini alaraq gələcəkdə daha yüksək qiymətə satmağı planlaşdırırlar. Bu baxımdan torpaq digər daşınmaz əmlak növləri ilə müqayisədə daha üstün investisiya vasitəsi sayılır. Çünki o, dərhal gəlir gətirməsə də, zamanla dəyərini daha sürətlə artırır”.

Banner
Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir

Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir

Cəmiyyət
17 oktyabr 2026 333 baxış
İşləməyən eskalator, zədələnmiş pilləkənlər | Sakinlər təhlükəli durumda

İşləməyən eskalator, zədələnmiş pilləkənlər | Sakinlər təhlükəli durumda

Cəmiyyət
17 oktyabr 2026 333 baxış
“Dedim ki, səndən başqa heç kimim yoxdur...” | Vətən uğrunda canından keçən zabit - Baku TV

“Dedim ki, səndən başqa heç kimim yoxdur...” | Vətən uğrunda canından keçən zabit - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 333 baxış
Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV

Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 333 baxış
“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV

“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 333 baxış
Şəhərin mərkəzindəki bu keçiddə nələr baş verir? - Baku TV CANLI

Şəhərin mərkəzindəki bu keçiddə nələr baş verir? - Baku TV CANLI

Cəmiyyət
17 oktyabr 2026 333 baxış
“Birinin qolu sınıb” | Şəhərin ortasında piyadalar niyə təhlükə ilə üz-üzə qaldı? - Baku TV

“Birinin qolu sınıb” | Şəhərin ortasında piyadalar niyə təhlükə ilə üz-üzə qaldı? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 333 baxış
“4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV

“4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 333 baxış
Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Nələri yeməli, nələri yeməməli? - BAKU MED

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Nələri yeməli, nələri yeməməli? - BAKU MED

Cəmiyyət
17 oktyabr 2026 333 baxış
“1 yaşında qurban kəsəcəkdim” | Gəncəyə ən ağır raket hücumu | “Bir gecənin içində 5 şəhidimiz oldu”

“1 yaşında qurban kəsəcəkdim” | Gəncəyə ən ağır raket hücumu | “Bir gecənin içində 5 şəhidimiz oldu”

Cəmiyyət
17 oktyabr 2026 333 baxış
Seçilmişlər
icon