Bu hadisə təsəlli olmayacaq | “Azəriqaz”ın nümayəndəsindən vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Fors-major hallar bütün ölkələrdə var. Amma başqa yerlərdə baş verən hadisələr əhaliyə təsəlli olmayacaq”.
Bunu Baku TV-nin “Baku aktual” verilişində bu gün ölkə ərazisində yağan güclü yağışdan sonra yaranan vəziyyətə münasibət bildirərkən “Azəriqaz”ın şöbə müdiri Eldəniz Vəliyev deyib.
Nöqsanların bütün strukturlarda olduğunu xatırladan qurum rəsmisi bildirib ki, “Azəriqaz” qışda hansısa problemin yaşanmaması üçün ciddi işlər görür.
“Məsələn hər il olduğu kimi bu il də mayın 1-dən payız-qış mövsümünə hazırlıq prosesinə start vermişik. Qışa hazırlıq mərhələsində yeraltı xətlərin yerüstü dayaqlar üzərinə qaldırılması prosesini icra edirik, korroziyaya uğramış boru xətləri yeniləri ilə əvəz olunur və s”, – deyə o əlavə edib.
#Azəriqaz teqi istifadə olunub
- Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV
- “Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV
- Aprel ayından aparılan təmir işləri niyə yekunlaşmır?
- Asfaltı qazıb getdilər, sakinlər əziyyət çəkir | Aylardır qazılan yol niyə bərpa olunmur? - Baku TV
- “Azəriqaz” rəhbərinin növbəti qəbulu Qax rayonunda təşkil olunub - Baku TV
