Pleyeri seçin:

“Maşınını, telefonunu göstərirsən, bundan bizə nə?!” - Dində və cəmiyyətdə uğur anlayışı fərqlidir?

05 noyabr 2026

“Amin” verilişinin yeni buraxılışında aparıcı, filosof Müşfiq Ötgün və fəlsəfə doktoru Anar Qafarov cəmiyyətdə uğur anlayışı, fərdi nailiyyətlər və valideynlər qarşısında övlad məsuliyyəti barədə fikir mübadiləsi aparıblar.

Müşfiq Ötgünün sözlərinə görə, bu gün bəzi insanlar şəxsi nailiyyətlərini nümayiş etdirməklə uğurlarını paylaşdıqlarını düşünsələr də, əsl uğur yalnız fərdi qazancdan ibarət olmamalıdır:

“Bir adam yeni avtomobil alır, videosunu çəkir, açarı göstərir. Yaxud təzə telefonunun qutusundan çıxarılmasını lentə alır. Yaxşı, mən sənin sevincinə niyə şərik olmalıyam ki? Bu sənin fərdi uğurundur. Bundan cəmiyyətə nə? Əgər uğur gerçəkdən uğurdursa, o həm də insanlığa fayda verməlidir”.

Fəlsəfə doktoru Anar Qafarov isə bəzi gənclərin valideynlərinə münasibətdə məsuliyyət anlayışından danışıb. O bildirib ki, insanın dünyaya gəlməyi öz seçimindən asılı olmasa da, var olmaq özü təşəkkür etməyə əsas verən böyük bir nemətdir:

“Bəzən gənclər arasında belə bir tendensiya görürük. Deyirlər ki, valideynlərim mənim üçün müəyyən şeyləri etməyə məcburdur. Çünki onlara yalvarmamışam ki, məni dünyaya gətirsinlər. Mən də soruşuram: var olmaq yaxşıdır, yoxsa olmamaq? Bu dünya təcrübəsini yaşamaq yaxşıdır, yoxsa yaşamamaq? Deyirlər ki, əlbəttə, var olmaq yaxşıdır. Onda ən azından valideynlərinə var olduğun üçün təşəkkür etməli deyilsənmi? Var olmaq təşəkkür etməyi bizə borclu edir. İlk uğurumuz elə var olmağımızdır”.

Banner
Media və Yayım Şurasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib - Baku TV

Media və Yayım Şurasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026
"Camaatın 90 %-i kələm əkir" | Qusarda fermerlərin kələmin satış qiymətlərindən narazılığı - Baku TV

"Camaatın 90 %-i kələm əkir" | Qusarda fermerlərin kələmin satış qiymətlərindən narazılığı - Baku TV

Cəmiyyət
05 noyabr 2026
Dövlət və özəl təhsil müəssisələri arasındakı fərqlər

Dövlət və özəl təhsil müəssisələri arasındakı fərqlər

Cəmiyyət
05 noyabr 2026
Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - "Uşaqlarıma "miqrant" deyirlər" - Baku TV

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - "Uşaqlarıma "miqrant" deyirlər" - Baku TV

Cəmiyyət
05 noyabr 2026
Bahalı məktəb şagirdə nə verir: keyfiyyətli təhsil, yoxsa əlavə xidmət? - Baku TV

Bahalı məktəb şagirdə nə verir: keyfiyyətli təhsil, yoxsa əlavə xidmət? - Baku TV

Cəmiyyət
05 noyabr 2026
Xatirə bulağından əsər-əlamət qalmayıb | Şəhid bulağı niyə baxımsız qalıb? - Baku TV

Xatirə bulağından əsər-əlamət qalmayıb | Şəhid bulağı niyə baxımsız qalıb? - Baku TV

Cəmiyyət
05 noyabr 2026
5 ayda 101 küçə təmiri, 5 yenidən inşa olunan körpü - Bakının yol infrastrukturu yenilənir - Baku TV

5 ayda 101 küçə təmiri, 5 yenidən inşa olunan körpü - Bakının yol infrastrukturu yenilənir - Baku TV

Cəmiyyət
05 noyabr 2026
“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

Cəmiyyət
05 noyabr 2026
Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026
Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026
Seçilmişlər
icon