Cinsi mesajlar, şiddət... | Uşaqların izlədikləri onlara görün necə təsir edir
Sosial şəbəkələrdə uşaqların izlədiyi animasiyalar göründüyü qədər məsum deyil.
Əslində, bu cür məzmunların arxasında aqressiya, şiddət, dini dəyərlərin inkarı, cinsi mesajlar və istismar kimi təhlükəli altmənalar gizlənə bilər.
Sosioloq Üzeyir Şəfiyev bildirir ki, dünyanın bir sıra ölkələrində bu cür tendensiyalar müşahidə olunur və bu da informasiya kirliliyinə səbəb olur:
“Belə animasiyalar uşaq və yeniyetmələrin davranışlarına mənfi təsir göstərir”.
Bu cür kontentin yayılması bəzi Avropa ölkələrində ciddi narahatlıq yaradıb. İspaniya, Yunanıstan və Fransada təklif olunur ki, sosial şəbəkələrdən istifadə yaşı minimum 15 olsun. Bəs bu, Azərbaycanda mümkündürmü?
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, sosial şəbəkələrə bu səbəbdən müəyyən qadağalar qoymaq sadəcə bir təsəlli formasıdır.
“Bəzi valideynlər 2-3 yaşlı uşaqlarına yemək yedirmək üçün “TikTok”da nəsə açırlar”, − deyə millət vəkili əlavə edib.
Qadağalarla nə qədər önləm almağa çalışsaq da, bu, yetərli olmaya bilər. Əsas məsələ valideyn nəzarəti və fərdi maarifləndirmədir.
#Sosial şəbəkələr teqi istifadə olunub
- Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? - Sərt addımlara keçidin əsl səbəbi | ARAŞDIRMA
- Sosial şəbəkələrdə görünməyən müharibə: gənclər kimlərin təsiri altındadır? - AKTUAL GÜNDƏM
- Ağlasığmaz plan | Qadınların fotolarını təhqiramiz görüntüyə çevirənlər ifşa edildi - Baku TV
- "Hər 6 uşaqdan biri kiberzorakılıqla qarşılaşır" | Komitə sədri - Baku TV
- Azyaşlıların virtual mühitdə mühafizəsi | Valideynlər nəyi səhv edir? - Baku TV
