Pleyeri seçin:

Dünya Güləş Birliyi tərəfindən yeni komitə yaradıldı | Detallar açıqlandı

21 noyabr 2024 441 baxış

Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev Dünya Güləş Birliyi (UWW) tərəfindən yaradılan yeni komitənin prezidenti seçilib.

"Report" xəbər verir ki, Adrian Bakosun vitse-prezidenti seçildiyi yeni komitə qrapplinq, pankration və həvəskar MMA üzrə yaradılıb.

Belə ki, bu sahələrdə çox sayda idmançının bir neçə idman növü ilə məşğul olması səbəbindən bu idman növlərinin vahid komitə tərəfindən idarə edilməsi qərara alınıb. Birlik sözügedən idman növlərini vahid komitədə birləşdirməklə bu sahəyə daha çox və peşəkar səviyyədə diqqət ayrılmasını hədəfləyir.

Bununla bağlı milli federasiyalara müvafiq qaydada müraciət edilərək qrapplinq, pankration və həvəskar MMA idman növlərinə dəstək verməyə çağırılıb.

UWW-nin seçim qaydalarına uyğun olaraq milli federasiyalar tərəfindən əlavə üç üzvün də seçilməsindən sonra komitə tam formalaşdırılacaq. Yeni komitəyə idmançı, məşqçilər və texniki komissiyalar kimi əlavə komissiyalar dəstək verəcək.

Pankration – həvəskar MMA bölməsinə UWW təmsilçiləri Onur Şimşək, Qrapplinq bölməsinə isə Antonina Bosser nəzarət edəcəklər.

Qeyd edək ki, pankration əlbəyaxa döyüş idman növlərindən biri kimi Yunanıstanda yaradılıb və qədim dövrdə klassik Olimpiya Oyunlarının tərkibində yer alıb. Qrapplinq və MMA isə müasir idman növləridir.

Güləş idman növlərindən biri olan qrapplinqin özəlliyi boğucu fəndlərdən ibarətdir. Qarışıq idman növü olan MMA-da isə həm döyüş, həm də güləş fəndlərindən istifadə edilir. UWW həvəskar MMA üzrə yarışları peşəkar MMA-dan fərqli olaraq qəfəsdə deyil, güləş xalçası üzərində keçirir.

Banner
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 441 baxış
“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Cəmiyyət
03 noyabr 2026 441 baxış
Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 441 baxış
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 441 baxış
“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 441 baxış
“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

Cəmiyyət
03 noyabr 2026 441 baxış
“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 441 baxış
Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 441 baxış
"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

Cəmiyyət
03 noyabr 2026 441 baxış
"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

Cəmiyyət
03 noyabr 2026 441 baxış
Seçilmişlər
icon