Pleyeri seçin:

Ermənilər udiləri kilsələrdən didərgin saldı - KƏNDİNƏ QAYIT

14 avqust 2024 901 baxış

“Kəndinə qayıt” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Qəbələ rayonunun Nic kəndinə səyahət edilib.

Rayondan 40 kilometr cənub-qərbdə yerləşən Nic Qəbələnin ən böyük kəndi olduğuna görə 2005-ci ildən qəsəbə statusu alıb.

Bura dünyada udilərin toplu halda yaşadığı yeganə yaşayış məntəqəsidir.

Udilər Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyasında yaşayan və Xristian dininə etiqad edən əsas tayfalardan biridir. Onlar hələ də qədim albanlarla eyni dildə danışırlar. Müqəddəs Yelisey adına Cotari kilsəsi kənd mərkəzindən bir qədər aralıda yerləşir. 17-ci əsrdə tikilən kilsə yenidən bərpa edilərək udilərin istifadəsinə verilib.

Baku TV ibadət ocağında çəkiliş apararkən müxtəlif yaşlarda xaç suyuna salınan insanlarla qarşılaşıb.

Keşişin sözlərinə görə, burada ən gec xaç suyuna salınan insan 90 yaşlarında olan anası imiş. O, xaç suyuna salındıqdan 1 il sonra dünyasını dəyişib.

Keşiş anasının gec yaşda xaç suyuna salınmasının səbəbini belə izah edib:

“1836-cı ildə rus çarının qərarı ilə Müqəddəs Alban Apostol kilsəsi Erməni Qriqorian Kilsəsinin tabeliyinə veriləndə biz bütün kilsələri, monastrları qapalı saxladıq. Bu səbəbdən kilsələr fəaliyyət göstərməyib və əhalimiz vəftiz olunmayıb. Həmin müddətdən sonra bu kilsədə ilk vəftiz 2013-cü ildə baş tutub”.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 901 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 901 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 901 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 901 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 901 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 901 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 901 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 901 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 901 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 901 baxış
Seçilmişlər
icon