FHN-dən çimərliyə gedənlərə vacib müraciət
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi çimərlik mövsümü ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən verilən xəbərə görə, müraciətdə deyilir: “Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi göstərilən təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.
Çimərlikdə qadağandır:
- nəzərdə tutulmamış ərazilərdə çimmək
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək
- küləkli havada dənizə girmək
- çimərlikdə gecələmək
- sərxoş halda çimərlikdə olmaq
- suda kobud hərəkətlər etmək
- çimərlikdə balıq tutmaq
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
- Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
- Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV
- Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
