Güclü ordunun təməli sağlam hərbçilərdir
Yeniliklərdən dərhal xəbərdar olun
17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ərəfəsində Müdafiə Nazirliyi tərəfindən Xocavənd rayonu ərazisində yeni istifadəyə verilən hərbi hospitala media-tur təşkil edilib. Onlar hərbi hospitalda yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, 250 çarpayılıq hərbi hospital 4 hektara yaxın ərazini əhatə edir. Burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də su, ərzaq və əşya anbarları, əsgər yeməkxanası, hamam-camaşırxana-qazanxana kompleksi, avtopark, nəzarət-buraxılış məntəqəsi inşa edilib.
Hərbi hospitalda üçmərtəbəli müalicə diaqnostika korpusu da inşa edilib ki, burada qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, altı nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul bölməsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, yuma-dezinfeksiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermatologiya bölmə və kabinetləri yaradılıb.
Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz təminatı üçün UPS sistemi, ehtiyat generator qurğusu, su, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunub. Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə təxliyə üçün hospitalın ərazisində helikopter meydançası salınıb.
#Xocavənd teqi istifadə olunub
- "Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV
- 40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI
- Bu il Xocavəndin Kiş kəndinə 110 ailənin köçürülməsi planlaşdırılır - Baku TV
- Hadrutun düşmən işğalından azad olunmasından 6 il ötür - Baku TV
- Beynəlxalq səyahətçilərin Xocavənd səfərində hansı məqamlar diqqət çəkib? - Baku TV
