“Hamısı tökülür camaatın başına” | Binəqədi sakinləri təhlükə ilə üz-üzə - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində təhlükəli vəziyyət yaranıb.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, məhəllədə bir neçə ağac aşaraq işıq dirəklərinin üzərinə düşüb.
Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini deyən sakinlər problemin hələ də həll olunmadığını bildirirlər.
“İki aydan çoxdur ağac aşaraq dirəyin üzərinə düşüb. Qəzalı vəziyyətdir. Buradan ailələr, uşaqlar keçir. Bütün aidiyyəti qurumlara məlumat vermişik, amma gəlib baxan yoxdur”, – deyə sakinlərdən biri qeyd edib.
“Keçən il müraciət etdik. Gəlib ağaclardan bir-ikisi kəsdilər, sonra çıxıb getdilər, digərlərinə toxunmadılar. Quru budaqları təmizləmək, təhlükə yaradan ağacları isə götürmək lazımdır”, – deyə başqa bir sakin bildirib.
#Binəqədi teqi istifadə olunub
- 28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir
- Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV
- “Dəhşətli qoxu gəlir, gediş-gəliş çətinləşir” | Hökməli sakinlərini boğaza yığan mənzərə - Baku TV
- Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV
- Vətəndaşlar şikayət edir | Tikinti şirkəti niyə narazılığa səbəb oldu? - Baku TV CANLI
