Pleyeri seçin:

Haramı da yaradan Allahdır, istəsə... | İnsan Allahdan qorxmalıdır? - AMİN

03 aprel 2025 657 baxış

“Amin” verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramda şair, yazıçı Qəşəm Nəcəfzadə və ilahiyyatçı Ağa Hacıbəyli ilə təkəbbür və təvazökarlıq mövzusu müzakirə edilib.

Təkəbbürün mənəviyyat yolunda əngəl olduğunu deyən Ağa Hacıbəylinin sözlərinə görə, onu aşmaq çox çətindir:

“Bütün peyğəmbərlərin haqq, tövhid mübarizəsində önlərindəki ən böyük əngəl məhz təkəbbür olub. Onun dərinliyinə vardığımız zaman görürük ki, kökündə iblis dayanır. Kainatda ilk üsyan da təkəbbürlə başlayıb. İnsanın fitrətində böyüklüyə aid bir şeylər var, önəmli olan onları düzgün idarə etməkdir”.

Qəşəm Nəcəfzadə isə bildirib ki, insanın özünü təkəbbürlü göstərməsi onun məğlubiyyətinə gətirib çıxarır.

“Bütün yaradılmışlar Allaha məxsusdur. Mənfini, müsbəti, şeytanı, mələyi də Allah yaradıb. Onun yaratdıqlarının hamısı gözəldir. Həmişə deyirlər ki, Allahdan qorxun. Mən Yaradandan qorxmuram. Allahı çox istəyirəm. Məni qoruyan, alın yazımı yazan Allahdır”, − deyə o, sözlərinə əlavə edib.

Qəşəm Nəcəfzadənin sözlərinə görə, şeytan bəzən insanı iş görməyə təhrik edən qüvvədir:

“Bir gün Azərbaycan Yazıçılar Birliyində tədbirlərdən birində iştirak edirdim. Orada tədbiri açan adam dedi ki, şeytana uymayın, Allah ona lənət etsin. Həmin müəllifin kitabı başdan sona şeytanı təhqir etməklə keçdi. Mən isə vəziyyəti dəyişməkdən ötrü şeytana çox böyük sevgimin olduğunu söylədim. Çünki o, bəzən insanı iş görməyə təhrik edən bir qüvvədir”. 

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 657 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 657 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 657 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 657 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 657 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 657 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 657 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 657 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 657 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 657 baxış
Seçilmişlər
icon