Pleyeri seçin:

Hazırlanması 1 ay çəkir | Şimal-Qərb bölgəsinin unikal qida növü - Baku TV

01 yanvar 2026 451 baxış

Şimal-qərb bölgəsində qış fəslinin əvəzolunmaz qida növlərindən biri də qurudulmuş ət – qaxacdır.

Qaxac əsasən Qax və Zaqatala rayonlarında iribuynuzlu və xırdabuynuzlu heyvanların ətindən hazırlanır. Hazırlanma prosesi təqribən bir ay çəkir.

Muxax kənd sakini Fərhad Abdullayevin sözlərinə görə, qurudulmuş ət əsasən payız aylarında, havalar sərinləşəndə hazırlanır və qış boyu ehtiyat qida kimi istifadə olunur:

“Xəmir xörəklərinin hamısını quru ətlə bişiririk. Yaş ətlə də olar, amma quru ətlə daha keyfiyyətli alınır. Əvvəl heyvanı kəsib 5-6 saat saxlayırıq ki, suyu və qanı çəkilsin. Ət nə qədər yaxşı quruyarsa, bir o qədər uzunömürlü olur”.

Bölgədə qaxacla yanaşı, qurudulmuş dolma da hazırlanır. Bunun üçün yumşaq ət maşından keçirilir, içinə müxtəlif ədviyyatlar və otlar qatılır, duzlanır və 2-3 gün saxlanılır. Daha sonra təmizlənmiş heyvan bağırsağına doldurularaq açıq havada qurudulur. Qurudulmuş dolmanın tam hazır vəziyyətə gəlməsi üçün adətən 7-10 gün kifayət edir.

Sakinin sözlərinə görə, 2,5 kiloqram yaş ətdən təxminən 1 kiloqram quru ət alınır. Hazırda bölgədə quru ətin bir kiloqramı 40 manata, qurudulmuş dolmanın isə 45 manata təklif olunur. Yerli sakinlər dolmanın daha baha olmasını onun hazırlanması zamanı sümük və artıq hissələrin çıxarılması ilə əlaqələndirir.

Kopyalandı
Beşgünlük düşərgə başa çatdı | Gənclər gələcəyin texnologiyalarını yaxından öyrəniblər - Baku TV

Beşgünlük düşərgə başa çatdı | Gənclər gələcəyin texnologiyalarını yaxından öyrəniblər - Baku TV

Cəmiyyət
08 avqust 2026 451 baxış
Məktəbli formasında gizli təhlükə: boya, kimyəvi qatqılar və uşağın sağlamlığı - AKTUAL GÜNDƏM

Məktəbli formasında gizli təhlükə: boya, kimyəvi qatqılar və uşağın sağlamlığı - AKTUAL GÜNDƏM

Cəmiyyət
08 avqust 2026 451 baxış
Meşə fonduna aid torpaqlar hasarlanıb? | Ərazidə nə baş verir? - Baku TV

Meşə fonduna aid torpaqlar hasarlanıb? | Ərazidə nə baş verir? - Baku TV

Cəmiyyət
08 avqust 2026 451 baxış
"Gəlib gördüm ki, evimi vurub dağıdırlar" | Vətəndaşın evi qanunsuz sökülüb? - Baku TV

"Gəlib gördüm ki, evimi vurub dağıdırlar" | Vətəndaşın evi qanunsuz sökülüb? - Baku TV

Cəmiyyət
08 avqust 2026 451 baxış
Qəzaya səbəb olanlar məsuliyyətə cəlb olunmurlar? | Toqquşma ona görə olursa... - Baku TV

Qəzaya səbəb olanlar məsuliyyətə cəlb olunmurlar? | Toqquşma ona görə olursa... - Baku TV

Cəmiyyət
08 avqust 2026 451 baxış
"Bu bizim üçün təhlükədir" | Sakinlərin etirazına səbəb olan YDM tikintisi - Baku TV

"Bu bizim üçün təhlükədir" | Sakinlərin etirazına səbəb olan YDM tikintisi - Baku TV

Cəmiyyət
08 avqust 2026 451 baxış
Hormonal pozuntuların əsas əlamətləri | Endokrin xəstəliklərin risk faktorları hansılardır?

Hormonal pozuntuların əsas əlamətləri | Endokrin xəstəliklərin risk faktorları hansılardır?

Cəmiyyət
08 avqust 2026 451 baxış
Azərbaycanda iş imkanı artır | İş axtaranlar üçün böyük şans - Baku TV

Azərbaycanda iş imkanı artır | İş axtaranlar üçün böyük şans - Baku TV

Cəmiyyət
08 avqust 2026 451 baxış
Evlərdə istilik sistemi ilə bağlı təmir-bərpa işləri aparanlara vacib xəbərdarlıq - Baku TV

Evlərdə istilik sistemi ilə bağlı təmir-bərpa işləri aparanlara vacib xəbərdarlıq - Baku TV

Cəmiyyət
07 avqust 2026 451 baxış
"Atamın qabağında onu qucağıma götürməmişəm" | Maştağa sakini | "Ona görə gec evləndim" - O VAXTLAR

"Atamın qabağında onu qucağıma götürməmişəm" | Maştağa sakini | "Ona görə gec evləndim" - O VAXTLAR

Cəmiyyət
07 avqust 2026 451 baxış
Seçilmişlər
icon