Pleyeri seçin:

Həkim məsləhəti olmadan palçıq müalicəsi hansı fəsadlara yol açır? - Baku TV

05 iyul 2026 51 baxış

Paytaxtın Suraxanı rayonu, Hövsan-Zığ yolunun kənarında yerləşən “Duzlu göl” hər il yay aylarında yüzlərlə insanın üz tutduğu məkanlardan birinə çevrilir.

Sakinlər gölün palçığının müxtəlif ağrılara yaxşı təsir etdiyini desələr də, həkimlər bu müalicə üsuluna əl atmağın təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edirlər.

“2014-cü ildən buraya gəlirəm. Çox faydasını görmüşəm. Həqiqətən də, xeyri var, ağrılarım azalır. Əvvəllər dekabr, yanvar, fevral aylarında hər gün ağrılarım olurdu. İndi isə elə olur ki, bir gün ağrıyır, sonra bir həftə, hətta bir ay ağrı hiss etmirəm”, – sakinlərdən biri bildirib.

“30 ildir buraya gəlirəm. Həmişə şəfasını görmüşəm. Böyrək, ciyər, sümük ağrıları da daxil olmaqla bir çox narahatlıqlara xeyri var”, – başqa bir sakin deyib.

Həkim İradə Hacıyeva isə bildirib ki, palçıq müalicəsinə başlamazdan əvvəl mütləq tibbi müayinə olunmaq lazımdır.

Onun sözlərinə görə, palçığın tərkibi analiz edilməyibsə və xəstəyə MRT nəticələrinə əsasən həkim tərəfindən belə bir müalicə tövsiyə olunmayıbsa, bu üsul bəzi hallarda xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər:

“İnsanlar müəyyən qədər yaxşılaşma hiss edə bilərlər. Amma onurğada yırtıq, protruziya, onkoloji xəstəlik varsa, həkim məsləhəti olmadan həmin palçıqdan istifadə etmək ciddi risk yarada bilər”.

Atası istəmədi, həbs edildi | “Uzun çöp” adlandırılan qız necə dünya ulduzu oldu? - ARAŞDIRMA

Atası istəmədi, həbs edildi | “Uzun çöp” adlandırılan qız necə dünya ulduzu oldu? - ARAŞDIRMA

Cəmiyyət
05 iyul 2026 51 baxış
Blogerlər saçyolduya çıxdı | Əhali təhlükədədir, qurumlar isə... | Paradokslarla dolu həftə - XÜLASƏ

Blogerlər saçyolduya çıxdı | Əhali təhlükədədir, qurumlar isə... | Paradokslarla dolu həftə - XÜLASƏ

Cəmiyyət
05 iyul 2026 51 baxış
"Qazdıqca altından qəbir çıxır" | Bu kənddəki 150 illik bəy evi niyə tərk edilib? - KƏNDİNƏ QAYIT

"Qazdıqca altından qəbir çıxır" | Bu kənddəki 150 illik bəy evi niyə tərk edilib? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
05 iyul 2026 51 baxış
İyulun 6-na olan hava proqnozu açıqlandı - Baku TV

İyulun 6-na olan hava proqnozu açıqlandı - Baku TV

Cəmiyyət
05 iyul 2026 51 baxış
Nəsimi rayonunda təhlükəli anlar | Qəzalı ikimərtəbəli binanın divarları çat verir - Baku TV

Nəsimi rayonunda təhlükəli anlar | Qəzalı ikimərtəbəli binanın divarları çat verir - Baku TV

Cəmiyyət
05 iyul 2026 51 baxış
Nizami Tibb Mərkəzində qalmaqal | Sosial şəbəkədə yayılan görüntülər müzakirə yaratdı - Baku TV

Nizami Tibb Mərkəzində qalmaqal | Sosial şəbəkədə yayılan görüntülər müzakirə yaratdı - Baku TV

Cəmiyyət
05 iyul 2026 51 baxış
Kardioloqdan mühüm tövsiyələr

Kardioloqdan mühüm tövsiyələr

Cəmiyyət
05 iyul 2026 51 baxış
Prosedurlar nəinki faydasız, hətta zərərli ola bilər

Prosedurlar nəinki faydasız, hətta zərərli ola bilər

Cəmiyyət
05 iyul 2026 51 baxış
Avtomobil bazarında son vəziyyət | Tələbat hansı avtomobillərədir? - Baku TV

Avtomobil bazarında son vəziyyət | Tələbat hansı avtomobillərədir? - Baku TV

Cəmiyyət
05 iyul 2026 51 baxış
İşxanyan və Babayanın istintaqa verdiyi gözlənilməz cavablar - Baku TV

İşxanyan və Babayanın istintaqa verdiyi gözlənilməz cavablar - Baku TV

Cəmiyyət
05 iyul 2026 51 baxış
Seçilmişlər
icon