Pleyeri seçin:

Həkim steroidlərin insan sağlamlığına olan zərərlərindən danışdı

01 dekabr 2024 984 baxış

Son günlərdə sosial şəbəkələrdə steroidlərin qanunsuz satışı ilə bağlı elanlar geniş yayılıb.

Bu elanların əsas hədəfi isə xüsusilə idmanla məşğul olan gənclərdir.

Baku TV mövzu ilə bağlı elan səhifələrindən birinə yazaraq satıcı ilə əlaqə saxlamağa çalışıb.

Satıcı ilə söhbətdən məlum olub ki, satış tamamilə gizli şəkildə həyata keçirilir. O, yalnız kuryer vasitəsilə çatdırılma etdiyini və artıq heç bir məlumat verməyəcəyini bildirib.

Bütün bunlar steroidlərin qanunsuz dövriyyəsinin nə qədər gizli şəkildə təşkil olunduğunun göstəricisidir.

Məsələ ilə bağlı Baku TV-yə danışan həkim Abbas Bağırov bildirib ki, bu steroidlərdən təbabətdə vacib hallarda istifadə olunur:

“Gənclər, yeniyetmələr idmanla məşğul olduğu zaman əzələ çəkisinin kütləsini artırmaq üçün steroidlərdən istifadə edirlər. Endokrin, digər bütün orqanlar sisteminin fəaliyyətinə bu, mənfi təsir göstərə bilir. Eyni zamanda steroidlərdən istifadə istər gənc qız, istərsə də oğlanlarda cinsi inkişaf problemlərinə gətirib çıxarır”.

Steroidlərin satışı və istifadəsi ilə məşğul olanları hansı cəzanın gözlədiyinə gəlincə isə hüquqşünas Vüsal Cəfərov qeyd edib ki, anabolik steroidlərin tibbi müəssisələrdə istifadəsi qanunidir:

“Lakin bu, yalnız müəyyən tibbi göstəriş əsasında mümkündür. Peşəkar idmanla məşğul olan şəxslərin dopinq steroidlərdən istifadəsi qanuni məsuliyyət yaradır. Tərkibində anabolik olan dərmanlar resept əsasında satılmalıdır. Cinayət Məcəlləsinin 240-cı maddəsinə əsasən, bu maddələrin satışı cinayət məsuliyyəti sayılır və 3 ilədək həbs cəzası nəzərdə tutulur”.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 984 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 984 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 984 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 984 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 984 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 984 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 984 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 984 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 984 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 984 baxış
Seçilmişlər
icon