Hərbi hissəyə mediatur
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Füzuli rayonunda N saylı hərbi hissənin hərtərəfli təminatı və sosial-məişət şəraiti ilə tanışdıq üçün mediatur təşkil edilib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsindən cəmi 3 ilə yaxın keçməsinə baxmayaraq, hərbçilərin normal xidmət etməsi üçün lazım olan bütün şərait yaradılıb və bu işlər planlı şəkildə davam edir.
Hərbi hissənin yerləşmə məntəqəsində əsgər yataqxanası, zabitlər və gizirlər otağı, tibb məntəqəsi, yeməkxana, camaşırxana, mətbəx, silah otağı, hamam-sanitar qovşaq, qurutma otağı, ərzaq və əşya anbarları, həyətdə qazanxana yaradılıb.
Yerləşmə məntəqəsi lazımi inventar və avadanlıqlarla, mebel, yataqla təchiz edilib. Burada hərbi qulluqçuların xidməti yüksək səviyyədə aparmaları üçün hər cür şərait var.
#Füzuli teqi istifadə olunub
- Füzulidə m10 və Milliön xidmətləri üçün müasir telesatış mərkəzi fəaliyyətə başladı
- Azərbaycan və Belarusun baş nazirlərinin müavinləri Füzuli və Ağdama səfər etdi
- Ordumuzun planı hər şeyi necə dəyişdi? | Müharibənin dönüş nöqtəsi - QARABAĞ XRONİKASI
- Zəfərin 19-cu günü | Azərbaycan Ordusu daha 6 kəndi işğaldan azad edir
- Zəfər salnaməsinin 18-ci səhifəsi | Azərbaycan Ordusu daha 8 kəndi düşməndən geri aldı
