Pleyeri seçin:

Himayədar ailələr üçün tələblər nədir? | Müavinət kimlər alacaq?

04 aprel 2024 754 baxış

Ölkədə ilk dəfə himayədar ailə modeli yaradılıb. Layihənin əsas özəlliyi valideyn himayəsindən məhrum olan uşaqların müvəqqəti övladlığa verilməsidir.

Belə ki, 0-18 yaş arası uşaqların ailə mühitində böyüməsinin onların mənəvi və psixoloji inkişafına müsbət təsiri nəzərə alınaraq beynəlxalq təcrübənin ölkəmizdə də tətbiqinə başlanılıb. Hələlik isə 10 uşaq himayədar ailəyə verilib.

Bəs himayədar ailə üçün tələblər nədir?

Sosial Xidmətlər Agentliyinin departament müdiri Cavid Şahmalıyev bildirib ki, himayədar ailə müraciəti üçün elektron altsistem yaradılıb:

“Vətəndaşlar notarial qaydada elektron ərizə almaqla, şəxsi kabinetlər açmaqla himayədar ailəyə müraciət edirlər. Onların müraciəti bizdə göründükdən sonra müsahibə və müayinələr başlayır. Bunlar bitdikdən sonra himayədar ailələr təlimlərə cəlb olunurlar. Bir aydan sonra uşaqla ailənin uyğunlaşmasına baxılır. Hazırda müraciətlərin sayı az, uşaqların sayı çoxdur deyə uyğunlaşma asan gedir”.

Himayədar ailə layihəsinin qəyyumluqdan bir fərqi də subay və dul şəxslərə də 18 yaşına qədər saxlamaq üçün uşağın verilməsinə şəraitin yaradılmasıdır. Həmçinin həmin şəxslərə müavinət veriləcək.

“0-18 yaş arası sağlam uşaqları götürənlər dövlət tərəfindən müavinət əldə edirlər. Müavinət 355-395 manat arasıdır. Bu da uşağın yaşından asılıdır. Məsələn, 0-6 yaş arası uşaqlara 355 manat, daha yuxarı yaşda olan uşaqlara isə 395 manat müavinət nəzərdə tutulub. Əlilliyi olan uşaqlar üçün isə 395 manatdan 435 manata qədər müavinət nəzərdə tutulur”, – departament müdiri əlavə edib.

Qeyd edək ki, yeni qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir. Uşaqla himayədar valideynlər arasında valideynlik münasibəti yaradılmır. Uşaq ailənin varisi sayılmır.

Banner
Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Cəmiyyət
04 noyabr 2026 754 baxış
Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Cəmiyyət
04 noyabr 2026 754 baxış
Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 754 baxış
Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Cəmiyyət
03 noyabr 2026 754 baxış
"Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"

"Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"

Cəmiyyət
03 noyabr 2026 754 baxış
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 754 baxış
“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Cəmiyyət
03 noyabr 2026 754 baxış
Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 754 baxış
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 754 baxış
“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 754 baxış
Seçilmişlər
icon